Banklar
Mərkəzi Bank bazara “müdaxilə” siyasətini DƏYİŞİR
Cari ilin sentyabr ayından başlayaraq pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi, o cümlədən daimi imkan alətlərinin işə düşməsi və banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılması banklararası pul bazarında aktivləşməyə səbəb olmaqdadır.
Bu barədə Publika.az-a Azərbaycan Mərkəzi Bankından bildirlir.
Bu dövrdə “Bloomberg” ticarət sistemində təminatsız əməliyyatlar üçün yaradılmış platformada banklar arasında 679 mln. manat məbləğində 59 ədəd əqd bağlanmışdır. Bu əqdlərin 97%-i qısa müddətlidir(1-3 günlük). Banklararası REPO bazarında isə 48 mln. manatlıq 21 əqd baş tutmuşdur ki, bunun da 52%-i 1 həftəlik (5-9 günlük) müddətədir.
Pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqində növbəti mərhələ Mərkəzi Bank tərəfindən müxtəlif çeşid və müddətlərdə açıq bazar əməliyyatlarının aparılmasıdır. Bu məqsədlə 2022-ci ilin oktyabr ayının 3-dən başlayaraq öncədən açıqlanan qrafik əsasında davamlı olaraq Mərkəzi Bankın 1, 3, 6, 9 aylıq qısamüddətli notlarının yerləşdirilməsi və zərurət yarandıqda 1 həftəlik REPO və əks-REPO əməliyyatları üzrə hərracların təşkili nəzərdə tutulur. Qrafik üzrə həftədə 4 hərrac olmaqla 1 və 3 aylıq not hərracları həftənin çərşənbə günü, 6 və 9 aylıq not hərracları isə cümə axşamı günü saat 11:00-11:30 intervalında keçiriləcəkdir. Not hərracları sabit həcmli bazar faizləri əsasında həyata keçiriləcəkdir. Notlarla aparılan əməliyyatlar həm təminatlı, həm də təminatsız banklararası pul bazarlarında faizlərin effektiv idarə edilməsinə imkan verəcək və qısamüddətli gəlirlilik əyrisinin formalaşmasını dəstəkləyəcəkdir.
Hərraclarda təklifin həcmi pul bazarındakı vəziyyətdən və bank sisteminin likvidlik mövqeyinə dair qısamüddətli proqnozlardan asılı olaraq çevik tənzimlənəcəkdir.
Hərracların parametrləri barədə bazar iştirakçılarına qabaqcadan məlumatlar veriləcəkdir.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.png)












.jpg)





.jpg)













