Banklar
Bu bankların əmlakları satışa çıxarıldı
Yanvarın 11-i və 26-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” ASC-nin, yanvarın 18-i və 26-da isə “Atabank” ASC-nin daşınmaz əmlakların satışı üzrə açıq hərrac keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət “Bank Standard”a məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər əliyev küçəsi, ev 22 ünvanında yerləşən 54,02 kv.metrlik mənzildən, eləcə də bu banka məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov Koroğlu küçəsi, ev 17 ünvanında 139,9 kv.metrlik mənzildən, həmçinin “Atabank”a məxsus Şirvan şəhəri, Leytenant Mahmud İbrahimov küçəsi, 204A ünvanında yerləşən 16,6 kv.metrlik qeyri-yaşayış sahəsindən və Lənkəran şəhəri, Həzi Aslanov xiyabanında yerləşən 301 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.
Əmlaklara müvafiq olaraq 85 min manat, 1,1 milyon manat, 15 min manat və 600 min manat qiymət qoyulub.
Xatırladaq ki, “Bank Standard” ASC-nin lisenziyası 2016-cı il oktyabrın 1-dən, “Atabank” ASC-nin lisenziyası isə 2020-ci il aprelin 27-dən ləğv edilib.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir






.png)











.webp)





.jpg)













