Banklar
Azərbaycanda bankların kredit portfeli ARTIR
Fevral ayında bankların kredit portfeli 0.4 faiz və ya 87.4 milyon manat artaraq 19 milyard 757.4 milyon manat olub.
Publika.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturunda birinci yerdə biznes kreditləridir – 54,8 faiz (10 milyard 835.6 milyon manat). İkinci yerdə istehlak kreditləri – 29,7 faiz (5 milyard 863.6 milyon manat), üçüncü yerdə isə ipoteka kreditləridir – 15,5 faiz (3 milyard 58.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3 faiz təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81,5 faizi və ya 32 milyard 560.8 milyon manat). Depozit portfelinin 64,2 faizi (20 milyard 906.9 milyon manat) hüquqi şəxslərin depozitləri, 35,8 faizi (11 milyard 653.9 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) olub.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18,1 faiz və ya 1 milyard 784.2 milyon manat artaraq 11 milyard 653.9 milyon manat olub. Əmanət portfelinin 54,4 faizi (6 milyard 336.1 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 62.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86,4 faizini təşkil edib.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?






.png)

















.jpg)













