Banklar
Bankların cəmi aktivləri və cəmi öhdəlikləri açıqlan
Apreldə fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 milyon manat, cəmi öhdəlikləri 39,771.3 milyon manat, balans kapitalı 5,811.4 milyon manat olub.
Publika.az Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin dollarlaşması aprel ayında ilin əvvəlinə nəzərən 2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 37.2 faiz təşkil edib.
2023-cü ilin yanvar-aprel aylarında banklar 345.2 milyon manat xalis mənfəət, 512.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39 faiz və 32 faiz artıb.
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 2.1 faiz artaraq 30,189.1 milyon manat təşkil edib. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 782 milyon manat artaraq 2,544 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların “loro” müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?






.png)

















.jpg)













