Banklar
Bankların komissiya haqları niyə yüksəkdir? - VİDEO
Bəzən bir bank kartından digər bank kartına az bir məbləğ köçürən zaman bəzi banklar müştərilərdən kifayət qədər yuxarı həddə komissiya haqqı tuturlar. Bu, özünü başqa bankın bankomatında edilən nağdlaşdırma zamanı da göstərir.
Bəs bu komissiya haqları nə üçün yüksəkdir? Ümumiyyətlə, bu məsələ necə tənzimlənir?
Publika.az xəbər verir ki, vətəndaşlar bildirirlər ki, bankların ən sadə əməliyyatlar zamanı əlavə komissiya haqqı tutması normal deyil.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qeyd edib ki, bankın müştəridən komissiya haqqı tutması məsələsi “Banklar haqqında qanun”la tənzimlənir. Bu qanuna görə, banklar komissiya haqlarını özləri müəyyən edirlər. Ekspert xarici ölkələrdə də bu tipli komissiyaların müştəridən tutulduğunu bildirib.
Ə.Həsənov əlavə edib ki, yerli bankların təklif etdiyi kredit faizləri yüksəkdir. Onun qənaətincə, bu nəzərə alınaraq komissiya haqları aşağı endirilməlidir.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən təklif edilən qanun layihəsinə əsasən, nağdlaşdırma faizlərinin standart olması nəzərdə tutulub. Bu qanun təsdiqlənərsə, Mərkəzi Bank bu komissiyaların yuxarı həddini müəyyən edəcək. Bununla da banklar həmin həddən yuxarı müştərilərdən vəsait tuta bilməyəcəklər.
Daha ətraflı "Xəzər Xəbərin" süjetində:
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?






.png)

















.jpg)













