Banklar
Azərbaycanda bankların kredit portfeli artdı
İyul ayında bankların kredit portfeli 0.4 faiz və ya 75.8 milyon manat artaraq 21,372 milyon manat olub.
Publika.az Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54.4 faiz (11,622.7 milyon manat); istehlak kreditləri – 29.8 faiz (6,376 milyon manat) və ipoteka kreditləri – 15.8 faiz (3,373.3 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.2 faiz təşkil edib.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.6 faizi və ya 31,841.1 milyon manat. Depozit portfelinin 61 faizi (19,411.8 milyon manat) hüquqi şəxslərin, 39 faizi (12,429.3 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 53.5 faizi (6,645.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15,816.4 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81.5 faizini təşkil edib.
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?






.png)

















.jpg)













