Banklar
Mərkəzi Bank faizləri kəskin azaltdı: Nə gözlənilir?
“Mərkəzi Bankın notlarının faiz dərəcələrində kəskin azalmalar qeydə alınıb. Belə ki, ötən ilin avqustunda 8.29 faizə təklif edilən 28 günlük notlar üzrə son faiz dərəcəsi indi 6.60 faizə enib. Həmin müddətdə 84 günlük notlar 8.60 faizdən 6.65 faizə, 168 günlük notlar üzrə son faiz dərəcəsi isə 8.71-dən 6.71-ə enib. 252 günlük notlar üzrə son faiz dərəcəsi isə 9.18 faizdən 6.72 faizədək azalıb. Göründüyü kimi, Mərkəzi Bankın bütün notlarında gəlirlik səviyyəsi aşağı düşüb”.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O əlavə edib ki, faizlərin azalmasının bir sıra səbəbləri var:
“Əvəlla, Mərkəzi Bankın yüksək faizli notları digər dövlət qiymətli kağızlarını, praktik oaraq, “sıxışdırırdı”. O birbaşa digər dövlət qiymətli kağızlarında da faiz artımlarına getməyi stimullaşdırmışdı. Bu isə qiymətli kağızlar bazarında daha yüksək faizli borclanma demək idi. İkincisi, Mərkəzi Bank uçot faiz dərəcəsini azaltdıqdan sonra notlarda faizlərin aşağı düşməsi gözlənilən idi.
Praktik olaraq, hazırda uçot faiz dərəcəsinin ən çox və bəlkədə hələlik yeganə birbaşa təsir etdiyi istiqamət məhz notların faiz dərəcəsidir. Üçüncüsü, yüksək faizli notlar ilə Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini cəlb edə bildi və bununla da maliyyə qurumlarında əlavə resurslara tələb yaratdı. Nəhayət, digər dövlət qiymətli kağızlarına nisbətən və bəzən xeyili aşağı faizlərin ödəndiyi ekosistemdə Mərkəzi Bank bahalı notları uzun müddət sektorda saxlaya bilməyəcəyi bəlli idi.

Bütün bunlarla yanaşı, Mərkəzi Bankın yüksək faizli notları nəinki banklar, hətta bir sıra digər qurumlar üçün əlavə gəlir imkanları yaratdı. Digər mühim və eləcə də maraqlı məqamlardan biri də Mərkəzi Bankın uçot və eləcə də notlar üzrə son faiz dərəcəsinin aşağı düşməsinə rəğmən banklarda depozit faizlərinin artmasıdır. Mərkəzi Bankdakı azalma qərarları bank sektorunda əks istiqamətdə faiz dəyişiklikləri ilə müşahidə olunmaqdadır”.
Aysel Şahmar
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?






.png)






.jpg)









.jpg)














