Banklar
Çindən Rusiyaya zərbə: Ən böyük banklar ödənişləri dayandırdı
Çinin iri bankları “Industrial and Commercial Bank of China” (ICBC), “China Construction Bank” (CCB) və “Bank of China” sanksiyalara məruz qalan Rusiya maliyyə institutlarından ödənişlərin qəbulunu dayandırıb.
Publika.az xəbər verir ki, bu haqda “First Group” şirkətinin baş direktoru Aleksey Poroşin bildirib.
Bu banklar Çində aktivlərin həcminə görə lider mövqeləri tuturlar. Bununla belə, sanksiyalara məruz qalmayan Rusiya bankları ilə əməliyyatlar davam edir.
Rusiya bankının nümayəndəsinin sözlərinə görə, Çin bankları bu cür hərəkətləri şirkətdaxili siyasətləri ilə izah edirlər. Məhdudiyyətlər 2024-cü ilin əvvəlindən tətbiq edilib.
Poroşinin sözlərinə görə, ABŞ-Çin ticarət balansı Rusiya və Çin arasında ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə üstələyir. Bu isə bankları və dövlət korporasiyalarını riskli əməliyyatlardan qaçmağa məcbur edir.
Çətinliklərə baxmayaraq, bir çox iri Rusiya bankları Çində öz nümayəndəliklərini açıblar ki, bu da ödənişlərin göndərilməsi prosesini asanlaşdırır. Məsələn, VTB nümayəndələri təsdiq edirlər ki, Şanxaydakı filial vasitəsilə hesablaşmaların şərtləri yerli qanunvericilik baxımından dəyişməz qalır. Şanxaydakı VTB müstəqil Çin bankı kimi fəaliyyət göstərir, iki ölkə arasında hər iki valyutada ödənişlər həyata keçirir.
Cəmilə
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?






.png)





.jpg)










.jpg)














