Banklar
Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ilk tirajı yekunlaşdı
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank, taksit kartı sahibləri üçün lotereya keçirir Kapital Bank-ın 150 illik yubleyi münasibətilə keçirilən lotereyanın ilk tirajı 8 avqust 2024-cü il tarixində baş tutub. 10-31 iyul 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb.
Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj1
Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 000 manatdır. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada Birbank taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. 3 tirajda keçirilən lotereyanın 2-ci tirajı 10 sentyabr (1-31 avqust tarixində edilən əməliyyatlar), final tirajı isə 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənəcək “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı
-
Dünya7 Avqust 17:11Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı






























.jpg)







