Banklar
Banklar süni intellektə arxayındır: işçiləri ixtisar edirlər
Qlobal bank sektoru süni intellektə (AI) arxalanır.
Publika.az “The Banker”ə istinadən xəbər verir ki, bir çox bank işçilərini ixtisar etməyə başlayıb.
Sinqapurun "DBS" bankı süni intellektə görə əhəmiyyətli iş ixtisarlarını elan edən ilk böyük Asiya bankı oldu. DBS-in baş direktoru Piyuş Qupta bildirib ki, bankın işçi qüvvəsi qarşıdakı üç il ərzində 10% azalacaq.
Oxşar tədbirlər İtaliyanın "Intesa Sanpaolo" bankında da qüvvədədir.
Analitiklərin fikrincə, AI-nin bank əmək bazarına təsiri artmağa davam edəcək. Növbəti beş il ərzində 200 minə qədər insan süni intellektlə əvəz olunacaq.
Bildirilir ki, ixtisarlara baxmayaraq, bank sektorunda süni intellektlə bağlı yeni işlər də yaranır.
Yanvar ayında "CNN" Dünya İqtisadi Forumunun araşdırmasına istinadən xəbər vermişdi ki, işəgötürənlərin təxminən yarısı qarşıdakı beş ildə süni intellektdən istifadə edərək tapşırıqları avtomatlaşdırmağı və işçi qüvvəsini ixtisar etməyi planlaşdırır.
Ləman
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.png)




























