Banklar
“Bank of Baku” banklar arasında ən aşağı nizamnamə kapitalına malikdir - TOP 5
“Bank of Baku” ASC bu ilin birinci rübündə ən az nizamnamə kapitalına malik bank olub. Bankın nizamnamə kapitalı 52,9 milyon manat təşkil edib ki, bu da banklar arasında rüb ərzində qeydə alınan ən aşağı göstərici olub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, nizamnamə kapitalının az olmasına görə, "Bank of Baku"-nu "Yapı Kredi Bank Azərbaycan" QSC izləyib. Bu bankın nizamnamə kapitalı 55,4 milyon manat həcmində olub ki, bu da ikinci ən aşağı göstərici olaraq qeydə alınıb.
Kapital həcmi aşağı olan digər banklar arasında "Azərbaycan Sənaye Bankı” da yer alıb. Bankın rüb ərzində nizamnamə kapitalı 60 milyon manat təşkil edib. "Ziraat Bank Azərbaycan" ASC isə 65,5 milyon manat kapitalla dördüncü sırada qərarlaşıb. TOP 5-liyin sonunda "AFB bank" ASC 70,4 milyon manatlıq kapitalı ilə siyahının beşinci yerində qərarlaşıb.
Xatırladaq ki, rüb ərzində ən çox nizamnamə kapitalına malik bank "Azərbaycan Beynəlxalq Bank" ASC olub – 1 milyard 281,3 milyon manat.
Onu da bildirək ki, "Azər Türk Bank" ASC istisna olmaqla, 2024-cü ilin son rübündən bu yana digər bankların nizamnamə kapitallarında dinamika müşahidə edilməyib. "Azər Türk Bank" ASC-nin isə nizamnamə kapitalının həcmi birinci rübdə 29 milyon artaraq 79 milyon manat həcmində olub.
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...







.jpg)





























.jpg)


