Banklar
Unibank ağacəkmə aksiyasında iştirak etdi - Foto
Unibank Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan növbəti ağacəkmə kampaniyasına qoşulub. Bank rəhbərliyi və əməkdaşlar bu gün Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə tədbirində iştirak edib.
Ölkə bank sektorunun nümayəndələri tərəfindən ümumilikdə 1 hektar ərazidə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”u imzalanıb. Memorandumun məqsədi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 10 il ərzində ümumilikdə bir milyon ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsidir. Memorandum tərəfdaşlarının iştirakı ilə 2022-2024-cü illər ərzində həm Abşeron rayonu, həm də Naxçıvan MR-da ağacların əkilməsi və ərazidə suvarma sisteminin qurulması təmin edilib.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi






.png)










.jpg)















