Banklar
Problemli kreditlərin yarıdan çoxu biznesin payına düşür: 420 milyonu keçdi
Azərbaycanın bank sektorunda qeyri-işlək kreditlərin (QİK) əsas hissəsi biznes kreditlərinin payına düşür. Bu ilin iyunun 1-nə olan vəziyyətə görə, vaxtı keçmiş biznes kreditlərinin ümumi məbləği 420,8 milyon manat təşkil edib.
Publika.az fed.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın hesabatına görə, bu rəqəm ölkədəki bütün problemli kreditlərin (776,4 milyon manat) təxminən 54%-i deməkdir. Başqa sözlə, bankların ümidini itirdiyi hər 2 manatdan 1-indən çoxu məhz biznesə verilən kreditlərdir.
Göstəricilər son bir ayda bu sahədə vəziyyətin pisləşdiyini göstərir. Belə ki, may ayı ilə müqayisədə problemli biznes kreditləri 27,8 milyon manat (7,1%) artıb. İllik dinamikaya gəldikdə isə artım daha mülayimdir: ötən ilin eyni dövrü ilə müqayisədə problemli biznes kreditləri 5 milyon manat (1,2%) çoxalıb.
Maraqlı məqam ondan ibarətdir ki, məbləğdə artım olsa da, QİK-in ümumi biznes kreditləri portfelindəki payı illik müqayisədə 3,0%-dən 2,8%-ə enib. Bu, o deməkdir ki, biznes kreditləşməsinin ümumi həcmi problemli kreditlərin artım tempindən daha sürətlə böyüyüb. Bununla belə, aylıq müqayisədə portfeldəki pay 0,2 faiz bəndi artıb.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı






.png)


























