Banklar
Bu bankın əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
06 avqust 2025-ci il tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac baş tutacaq.
Publika.az fed.az-a istinadla xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-yə məxsus iki qeyri-yaşayış təyinatlı daşınmaz əmlak çıxarılacaq.
Satışa çıxarılan obyektlərdən biri Şirvan şəhəri, Heydər Əliyev prospektində icarədə olan 0,55 hektarlıq torpaq sahəsində yerləşir. Burada yerləşən iki mərtəbəli ofis binası 6A nömrəli ünvanı daşıyır və 2 girişə malikdir. Ümumi sahəsi 314,7 kvadratmetr olan obyektin əsas sahəsi 275,7 kv.m, köməkçi sahəsi isə 39 kv.m təşkil edir. Bu obyektin ilkin satış qiyməti 430 000 (beh məbləği - 21 500 manat) manat olaraq müəyyən edilib.
Hərracda satışa çıxarılacaq digər obyekt isə Şamaxı şəhəri, Şəhriyar küçəsi, ev 22 ünvanında yerləşən ümumi sahəsi 279,3 kvadratmetr olan qeyri-yaşayış binasıdır. Bu daşınmaz əmlak üçün təklif olunan ilkin satış qiyməti isə 490 000 (beh məbləği - 24 500 manat) manat təşkil edir.
Hər iki əmlak üzrə satış şərtləri eynidir. Belə ki, alış qiymətinin 5%-i qədər beh məbləği hərrac təşkilatına ödənilməlidir. Əmlakın alıcısı olduqdan sonra qalan məbləği 7 təqvim günü ərzində sifarişçinin hesabına tam şəkildə köçürməlidir.
Açıq hərracda iştirak etmək istəyən fiziki şəxslər şəxsiyyət vəsiqəsi, hüquqi şəxslər isə təsis sənədləri ilə birlikdə iştirak edə bilərlər.
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video













.jpg)









.jpg)
.jpg)



.webp)










