Banklar
Süni intellekt "balonu" PARTLAYA BİLƏR
Beynəlxalq Valyuta Fondu (BVF) süni intellekt (Sİ) sahəsinə yönəlmiş böyük investisiyalar nəticəsində yaranmış texnoloji “balonun” partlaya biləcəyini istisna etmir.
Publika.az xəbər verir ki, bu barədə fondun baş iqtisadçısı Pyer-Olivye Qurinşa məlumat verib.
“Bizim işimizin bir hissəsi potensial riskləri qiymətləndirməkdir. Bu, şübhəsiz ki, risklərdən biridir” - deyə o, media nümayəndələrinin “texnoloji balon”un partlayıb-partlamayacağı ilə bağlı sualına cavab verərkən qeyd edib.
Qurinşanın sözlərinə görə, BVF texnologiya sektoruna yönəlmiş əhəmiyyətli investisiyaları qeydə alır. Lakin iqtisadçılar xəbərdarlıq edirlər ki, süni intellekt texnologiyalarının inkişafına dair həddindən artıq nikbin gözləntilər bu sahədəki yüksəlişin çökməsi ilə nəticələnə bilər.
Belə proqnozlar verərkən onlar ABŞ-da 2000–2001-ci illərdə baş vermiş fond bazarlarının çökməsini misal gətirirlər. Həmin dövrdə internet şirkətlərinin “balonu” partlamış və bu hadisə müasir iqtisadi tarixdə “dotkomların çöküşü” kimi tanınmışdır.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)



























