Banklar
Dünya Bankı bu nazirlikdə diaqnostik təhlil aparacaq
Rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi çərçivəsində Dünya Bankı Azərbaycanın Maliyyə Nazirliyində diaqnostik təhlil aparacaq.
Publika.az xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Sahil Babayev ölkədə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə deyib.
Qeyd olunub ki, bu, nazirliyə mövcud vəziyyəti təhlil etməyə, boşluqları müəyyənləşdirməyə və vahid Dövlət Maliyyə İdarəetmə İnformasiya Sisteminin arxitekturasının formalaşdırılması üçün gələcək inkişaf istiqamətlərini müəyyən etməyə imkan verəcək.
Görüşdə həmçinin Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsi, dövlət maliyyəsinin idarə olunması və fiskal siyasət üzrə imkanlar və yeni çağırışlar, həmçinin potensial tərəfdaşlıq istiqamətləri müzakirə olunub.
Nazir Sahil Babayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz Dünya Bankına üzv olduqdan sonra bankın maliyyə dəstəyi, texniki ekspertizası və tövsiyələri infrastruktur, təhsil, səhiyyə və dövlət idarəçiliyi kimi əsas sahələrdə inkişafa əhəmiyyətli töhfə verib. Bu əməkdaşlıq, eyni zamanda, enerji, nəqliyyat və sosial xidmətlər üzrə layihələrin irəliləməsinə, həmçinin davamlı inkişafa və makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edib.
Görüş zamanı Dünya Bankı tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsi üzrə Potensialın Gücləndirilməsi" layihəsinin icrası da diqqət mərkəzində olub, Maliyyə Nazirliyinin təqdim etdiyi dövlət maliyyəsinə baxış, rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi və potensialın gücləndirilməsi ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
Öz növbəsində, Əsəd Ələm maliyyə idarəçiliyi və fiskal siyasətin təkmilləşdirilməsi sahəsində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirərək sözügedən layihənin uğurlu icrasının dövlət maliyyəsinin idarə olunmasının səmərəliliyinə və dayanıqlığın artırılmasına mühüm töhfə verəcəyini bildirib.
Görüş zamanı Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)



























