Banklar
“Yelo Bank”ın mənfəətində KƏSKİN AZALMA - Borcları artıb, əmanət portfeli kiçilib
Bu ilin birinci rübündə “Yelo Bank”ın aktivləri azalaraq ilin əvvəlindəki 1 milyard 515 milyon 245 min manatdan 1 milyard 512 milyon 822 min manata düşüb.
Publika.az bankın maliyyə hesabatında istinadən xəbər verir ki, maliyyə qurumunun öhdəlikləri də ilin əvvəlindəki 1 milyard 338 milyon 752.23 min manatdan 1 milyard 329 milyon 706.60 min manata düşüb.
Öhdəliklərin azalmasına bankın əmanət portfelinin kiçilməsi səbəb olub. Belə ki, fiziki şəxslərin əmanətləri ilin əvvəlindəki 930 milyon 542 min manatdan 914 milyon 580 min manata düşüb.
Hüquqi şəxslərin depozitləri isə 163 milyon 782 min manatdan 149 milyon 626 min manata qədər azalıb. Müqayisə üçün bildirək ki, ötən ilin birinci rübündə şirkətlərin bankda 173 milyon 484 min manata var idi.
Bank likvidliyini təmin etmək üçün digər öhdəliklərini artırıb. Belə ki, hesabat dövründə bankın digər öhdəlikləri (mərkəzi bankdan alınan vəsaitlər, qiymətli kağızlar emissiyası, akkreditivlər, qarantiyalar və digər maliyyə institutlarına olan borclar) ilin əvvəlindəki 46 milyon 98 min manatdan 73 milyon 447 min manata yüksəlib.
Diqqəti çəkən isə “Yelo Bank”ın mənfəətindəki kəskin azalmadır. Bank ötən ilin müvafiq dövründə 11 milyon 199 min manat xalis mənfəət əldə etmişdisə, cari ildə bu rəqəm 6 milyon 685 manat olub.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)


























