Banklar
Mehdiyevin gəlininin bankı BOKT-a çevrildi
"Bank BTB" ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək "T-Kredit" MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.
Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə "Bank BTB" ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.
Bankın aktivləri və öhdəlikləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.(Report)
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)


























