Banklar
Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Bank BTB" ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış "T-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Publika.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bununla da, ölkədə BOKT-ların sayı 53-ə çatıb.
Xatırladaq ki, AMB-nin 5 mart 2026-cı il tarixli qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, "Bank BTB"nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, "Bank BTB"-nin öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin olunub. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə "Bank BTB" arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Həmin müqaviləyə uyğun olaraq "Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.
"Bank BTB"nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb. Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. "Bank BTB"yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.
Bununla da, "Bank BTB"nin "T-Kredit" BOKT-a çevrilməsi prosesi uğurla tamamlanıb. Yeni kredit təşkilatı faliyyətini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında həyata keçirəcək.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.
-
Avropa19:00Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
-
Rəsmi xronika17:03İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu - YENİLƏNDİ
-
Səhiyyə15:33Xərçəng tarixə qovuşur? - İlk sınaq müsbət nəticə verdi
-
Nida Xəbər 14:45Əli Əsədov sərəncam imzaladı
-
MDB13:55Bu ölkə separatçı Abxaziya və Cənubi Osetiyanı tanımaq qərarını geri götürdü
-
MDB13:07Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik
-
ABŞ12:20ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
-
Nida Xəbər 12:08Azərbaycan və Mərkəzi Asiya: Yeni geosiyasi əməkdaşlıq modeli - TƏHLİL































.jpg)








