Banklar
Unibankda yeni sədr təyinatı olub - FOTO
Valentin Morozov Unibank KB İdarə Heyətinin sədri təyin olunub. V.Morozov uzun illər nüfuzlu banklarda rəhbər vəzifələrdə çalışıb. Bank- maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, təhsilini New York University, University of Colorado və London Business School kimi ali təhsil müəssisələrində alıb.
Qeyd edək ki, “Unibank” Kommersiya Bankı ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən təsdiqlənib.
Səhmdarların qərarı ilə David Qabelaşvili İdarə Heyətinin yeni üzvü kimi təsdiq edilib. O, İdarə Heyətinin üzvü olmaqla yanaşı, Baş Maliyyə İnzibatçısı vəzifəsinə təyin olunub. Müxtəlif maliyyə qurumlarında iş təcrübəsi olan, D. Qabelaşvili TBC Uzbekistan-da maliyyə direktoru vəzifəsində çalışıb. O, Tbilisi Dövlət Universitetində və ProCredit Academy-də təhsil alıb.
Unibank İdarə Heyətinin digər üzvləri isə İdarə Heyəti sədrinin müavini Heybət Qədirov, Baş Risk və Komplayens İnzibatçısı Andrii Qrab, Pərakəndə Biznes və Marketinq üzrə Baş İnzibatçı İlkin Quliyevdir.
Unibank KB səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, Vladimir Aleksandroviç Urbanskiy Müşahidə Şurasının müstəqil üzvü təyin edilib. V. Urbanskiy bir sıra maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb və bank-maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, Lomonosov adına Moskva Dövlət Universitetinin məzunudur.
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO







.jpg)


























.jpg)


