Banklar
"Birbank Star" kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Birbank müştəriləri üçün yeni kampaniyaya start verir. Belə ki, 6 avqust – 10 sentyabr 2026-cı il tarixləri arasında "Birbank Star" kartını əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kartdan nağdlaşdırma əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər.
Kampaniya gündəlik maliyyə ehtiyaclarını daha rahat qarşılamaq istəyən istifadəçilər üçün əlavə üstünlüklər də yaradır. Belə ki, aktiv "Birbank Star" kartı olmayan və kampaniya müddətində yeni "Birbank Star" kartı əldə edən müştərilər 30 sentyabr 2026-cı il tarixinədək kredit limiti hesabına nağdlaşdırma, köçürmə və məhsul şərtlərinə əsasən komissiya tətbiq edilən digər maliyyə əməliyyatlarını komissiyasız həyata keçirə bilərlər. Bununla yanaşı, "Birbank Star" kart sahibləri 30 000 manatadək kredit xəttindən yararlana, alış-verişlərini komissiyasız həyata keçirə, "Bir" ekosisteminin partnyorlarında etdikləri ödənişlərə görə limitsiz bonuslar qazana, həmçinin QR ödənişləri zamanı ikiqat ƏDV geri al imkanından faydalana bilərlər.
"Birbank Star" istifadəçilərə kredit vəsaitindən daha çevik istifadə imkanı da yaradır. Kart sahibləri xərclədikləri məbləği ayın sonuncu gününədək karta geri qaytardıqları halda həmin vəsaitə görə faiz ödəmirlər. Bu xüsusiyyət istifadəçilərə gündəlik və planlaşdırılmış xərclərini əlavə faiz yükü olmadan idarə etməyə imkan verir.
"Birbank Star" kartını "Birbank" mobil tətbiqi, Birbank.az saytı, həmçinin Kapital Bank/Birbank filialları vasitəsilə sifariş etmək mümkündür.
Kartın sərfəli şərtləri sayəsində istifadəçilər xərclədikləri hər 500 manatadək məbləğ üçün cəmi 10 AZN aylıq istifadə haqqı ödəyirlər.
Kampaniya haqqında ətraflı məlumat: www.b-b.az/psr
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)


























