“Leobank Uşaq Kart”ı istifadəçilərinin sayı 20 minə çatdı
Bizi izləyin

Banklar

“Leobank Uşaq Kart”ı istifadəçilərinin sayı 20 minə çatdı

“Leobank Uşaq Kart”ı istifadəçilərinin sayı 20 minə çatdı

“Unibank”ın mobil bankçılıq xidməti “Leobank” tərəfindən uşaqlar üçün təqdim edilən “Leo Uşaq Kartı”nın istifadəçilərinin sayı 20 minə çatıb. Bu göstərici uşaqların maliyyə vərdişlərinin formalaşdırılmasına və valideynlərə gündəlik xərcləri idarə etməyə imkan verən həllərə marağın artdığını göstərir.

7-18 yaş arası uşaqlar üçün nəzərdə tutulan kart, uşaqlara öz pullarını idarə etməyi öyrənmək, valideynlərə isə xərclərə nəzarət etmək, limitlər təyin etmək və əməliyyatlar barədə real vaxt rejimində məlumat almaq imkanı yaradır. Beləliklə, uşaqlar maliyyə müstəqilliyinə ilk addımlarını atarkən, valideynlər də nəzarəti əllərində saxlayırlar.

İyun ayında keçirilən lotereya isə istifadəçilər üçün ilin ən yaddaqalan hadisələrindən biri olub. Kart sahiblərindən biri ailəsi ilə birlikdə “Disneyland Paris Hotel”ə üçnəfərlik səyahətin qalibi olub.

Hədiyyə paketinə Parisə gediş-dönüş aviabiletləri, 5★ “Disneyland Paris Hotel”də 3 gecə, 4 gün qalmaq, “Disneyland Paris”ə giriş biletləri və viza dəstəyi daxil edilib.

Öyrədən və qoruyan kart

Məhsul uşağın gündəlik istifadə edə biləcəyi tam hüquqlu bank kartı olmaqla yanaşı, valideynlər üçün geniş nəzarət imkanları təqdim edir. Kartın verilməsi və çatdırılması pulsuzdur və valideynlərdən biri özünün və uşağın şəxsiyyət vəsiqəsini təqdim etməklə, onu əldə edə bilər.

Uşaqlar üçün imkanlar:

• Şəxsi kart və istifadəsi rahat “Leobank” tətbiqi;

• Seçilmiş kateqoriyalarda 20 faizədək keşbek;

• Xəyallar üçün pul toplamağa imkan verən və illik 6 faiz gəlir təqdim edən Xəzinə;

• Aktivliyə görə mükafatlar və kart dizaynını dəyişmək imkanı;

• Xərcləri izləməyə və büdcəni planlaşdırmağa kömək edən xərc analitikası.

Valideynlər üçün imkanlar:

• Limitlərin təyin edilməsi, alış kateqoriyalarının bloklanması və nağdlaşdırmanın qadağan edilməsi;

• Hər bir əməliyyat barədə bildirişlər və real vaxt rejimində çıxarışa giriş;

• Pulsuz qeydiyyat, çatdırılma və kart balansının artırılması.

Kartı necə əldə etmək olar?

Kartı sifariş etmək üçün valideyn “Leobank” tətbiqində “Menyu” → “Uşaq kartı aç” bölməsinə keçərək uşağın məlumatlarını daxil etməli və müraciəti təsdiqləməlidir. Daha sonra çatdırılma üsulu və vaxtı seçilir.

“Leobank” haqqında

“Unibank”ın mobil bankçılıq xidməti olan “Leobank” Azərbaycanda ilk yalnız mobil bankçılıq xidmətidir. “Leobank” müştərilərinin sayı 1,5 milyondan çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm