Banklar
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark ’26"ya qeydiyyatı açıq elan edir
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir, ölkədə ilk dəfə keçiriləcək “Spark ’26” tələbə-texnologiya festivalına qeydiyyat prosesinə start verir. 5 sentyabr tarixində “Elektra Events Hall”da baş tutacaq festival texnologiya həvəskarı olan gəncləri bir araya gətirəcək.
Publika.az xəbər verir ki, tədbir iştirakçılara aparıcı texnologiya brendləri ilə tanışlıq, sahənin peşəkarları ilə netvörkinq, yeni biliklər və karyera imkanları vəd edir. Festivalda müxtəlif texnoloji mövzularda çıxışlarla yanaşı, əyləncəli proqram, sürpriz qonaqlar və hədiyyə qazanmaq şansları da yer alacaq.
“Spark ’26” festivalında iştirak etmək istəyən texnologiya və əlaqəli ixtisaslar üzrə bakalavrın son kurs tələbələri, magistrantlar və yeni məzunlar fərdi qaydada müraciət edə bilərlər. Müraciətlər 24 avqust tarixinədək qəbul edilir və yalnız seçim mərhələsindən uğurla keçən iştirakçılara dəvətnamə göndəriləcək.
Qeydiyyat linki: https://careers.bir.az/
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)


























