Banklar
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı oldu
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin olunub.
Publika.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun müşaviri təyin olunub.
Məlumata görə, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək.
Xatırladaq ki, A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.
A. Paşacanovun beynəlxalq maliyyə institutları ilə də geniş iş təcrübəsi var. O, fəaliyyət dövründə IMF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq çərçivəsində çalışıb.
A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-da Michigan State Universitetində "Hubert H. Humphrey Fellowship" proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 21 Oktyabr 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto






.png)



























