Banklar
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi “Biznesdə birlikdə” layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir.
Layihə həm yeni fəaliyyətə başlayan, həm də mövcud biznesini böyütmək istəyən mikro sahibkarlara yönəlib. İştirakçılar Birbank, Birmarket, m10 və Milliön platformaları vasitəsilə maliyyə, ödəniş və e-ticarət xidmətlərindən xüsusi şərtlərlə istifadə edə biləcəklər. Bu proqram ideyasını fəaliyyətə və sabit gəlirə çevirmək istəyənlər üçün əlverişli bir dəstək vasitəsidir.
Proqram çərçivəsində sahibkarlara biznesin idarə edilməsi üzrə təlimlər, güzəştli maliyyə və bankçılıq xidmətləri təklif olunacaq. Eyni zamanda, iştirakçılar Birmarket platformasına qoşularaq həm müştəri bazasını, həm də rəqəmsal satışlarını artıra biləcəklər.
İştirakçıların seçimi zamanı şəhid ailələrinin üzvlərinə, fiziki məhdudiyyətli şəxslərə, təqaüdçülərə, həmçinin qadın və gənc sahibkarlara üstünlük veriləcək.
Proqramın şərtləri, təqdim edilən güzəştlər və qeydiyyatdan keçmək üçün e-keçid: https://bir.az/az/biznesde-birlikde
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğuradılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat

















.jpg)















.jpg)


