Banklar
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan “7 gözəl gün” kampaniyasını təqdim edir.
Kampaniya çərçivəsində müştərilər ödənişlərindən bonus qazana, əlavə 3 ay taksit imkanından yararlana, seçilmiş partnyor şəbəkələrində 70%-dək endirimlərdən faydalana bilərlər.
Kampaniya seçilmiş Birbank debet və taksit kartı istifadəçilərinə şamil olunur. Debet kartı ilə edilən ödənişlərə 2% bonus hesablanır. Taksit kartı istifadəçiləri isə birdəfəlik ödənişlərdən 3% bonus qazana, ödənişlərini taksitə böldükdə isə 3% bonusla yanaşı əlavə 3 ay taksit imkanından yararlana bilərlər.
Bundan əlavə, müştərilər uyğun “Bir Bonus” kateqoriyası seçərək həmin kateqoriya üzrə əlavə bonuslar qazanmağa davam edirlər.
Kampaniya müddətində bir müştəri ümumilikdə maksimum 100 bonus qazana bilər. “Bir Bonus” kateqoriyaları üzrə qazanılan bonuslar bu limitə daxil deyil.
“7 gözəl gün” kampaniyası bütün geyim, elektronika aliş-verişlərinə, eləcə də seçilmiş partnyor şəbəkələrindəki uyğun ödənişlərə və Birmarket-də təqdim olunan bütün məhsullara şamil edilir.
Ətraflı məlumat üçün: www.b-b.az/ydpgn
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial, 50 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO
-
Sağlamlıq08:36İmmuniteti gücləndirən səkkiz tərəvəz: Tərkibində nələr var?






































