Qadın alt paltarlarını kişilərin satdığı Ərəbistan haqqında DƏHŞƏTLİ faktlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qadın alt paltarlarını kişilərin satdığı Ərəbistan haqqında DƏHŞƏTLİ faktlar - FOTOLAR

Qadın alt paltarlarını kişilərin satdığı Ərəbistan haqqında DƏHŞƏTLİ faktlar - FOTOLAR

Səudiyyə Ərəbistan ziddiyyətlər ölkəsidir. Qərb dövlətlərinin əksəriyyətindən fərqli olaraq, bu ölkə insan hüquqlarını pozan sərt qanunları ilə tanınır. Bu, xüsusilə qadınlara aiddir.

Publika.az Səudiyyə Ərəbistan haqqında maraqlı faktları oxucuların nəzərinə çatdırır.

1. Cəlladların çatışmazlığı

Ölüm Səudiyyə ərəbistanında çox yayılmış haldır. Burada islamdan imtina və zinaya görə insanları edam edirlər. Edamların böyük hissəsi baş kəsmə yolu ilə həyata keçirilir. Lakin bu yaxınlarda dövlət cəlladların çatışmazlığına görə, alternativ edam üsullarını nəzərdən keçirməyə başlayıb.

2. Alt paltarı problemi

Səudiyyə Ərəbistanında qadınlara bir qayda olaraq, işləmək qadağandır. Bu isə o deməkdir ki, onilliklər ərzində qadın alt paltarları mağazalarında kişilər xidmət göstərib. Əlbəttə ki, belə hallar qadınlar üçün narahatlıq doğururdu. Fəal qadınlar bu qanunu dəyişmək üçün böyük səylər göstərib, ona görə də 2012-cu ildən kişilərə alt paltarı mağazalarında işləməyi qadağan edən fərman qəbul edilib.

3. Cadugərlərə nəzarət edən polis

Səudiyyə Ərəbistanda istənilən formada cadugərlik və ya tilsimlə məşğul olmaq qanunla qadağan edilib. Polis idarəsində onlara nəzarət edən xüsusi bölmə yaradılıb. Cadu ilə məşğul olan uzun müddət barmaqlıqlar arxasına düşə bilər və hətta başı kəsilə bilər.

4. Bakirəliyin alınması

Diyya sistemi adətən "qanlı pullar" kimi tərcümə olunur. Bu sistemin cinayətkarları öz qurbanlarının ailələrinə kompensasiya etməklə həbsxanadan qaçmağa imkan verir. Sistem hətta qətl baş verdiyi halda da işləyir. Məsələn, kişi qəsdən adam öldürübsə, bu, ona 106 000 dollara "başa gələcək". Bakirəliyin pozulması isə cinayətkarlara iki dəfə ucuz başa gəlir.

5. Avtoşlar

"Sidewalk Skiing" - avtomobili bir təkər üstə qaldırmaq deməkdir. Maşının bir tərəfi əyilən zaman sürücü pəncərədən çıxır və nəqliyyat vasitəsinin ən yüksək nöqtəsinə qalxır. Bu əyləncə növü kişilər arasında çox populyardır.

6. Amerikalı hərbçilər üçün geyimlər

2001-ci ildə Səudiyyə Ərəbistanda yerləşən ABŞ silahlı qüvvələrində çalışan qadınlara hərbi bazadan kənarda olduğu təqdirdə bağlı paltar geymək, başdan-ayağa hicaba bürünmək göstərişi verildi. İdeyanın əsas mahiyyəti yerli sakinləri incitməməkdir. Halbuki Səudiyyə Ərəbistan hökuməti qeyri-müsəlman qadınlardan belə paltar geyməyi tələb etmir.

7. Su problemi

Səudiyyə Ərəbistanı dəniz suyunu başqa ölkələrdən daha çox şirinləşdirib istifadə edir.

8. Krallıq qülləsi

2018-ci ildə dünyanın ən yüksək binası Səudiyyə Ərəbistanında salınan yeni şəhərdəki Kral Qülləsi (Kingdom Tower) olacaq.

9. Qadınların səs vermək hüququ

2011-ci ilə qədər Səudiyyə Ərəbistan dünyada qadınlara seçkilərdə iştirak etməyi qadağan edən yeganə ölkə idi. Lakin həmin ildə kral Abdullah qadınların bələdiyyə seçkilərində səsvermədə iştirak etməsinə icazə verir. İndi qadınlar seçkilərdə hətta namizədliyini irəli sürə bilər, lakin ofis evin yaxınlığında olmalıdır.

10. Həcc kvotası

2012-ci ildə 3 milyondan çox müsəlman Həcc Ziyarətinə gedib. Bu, müsəlmanların ən müqəddəs borclarından biridir. Həmin il virusunun yayılması və təxminən 50 nəfərin ölməsi səbəbindən ölkə hökuməti insanları yaxın vaxtlarda Həcc Ziyarətinə getməməyə çağırıb. Bundan sonra ərəblər hər ölkə üçün kvota ayıraraq, ziyarətçi sayına məhdudiyyət qoymağa qərar verib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm