Heç buna əl çirki demək olar? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Heç buna əl çirki demək olar? - FOTOLAR

Pul necə yaranıb.

Pul haqqında bir çox məşhurlar maraqlı fikirlər söyləyib.

Misal olaraq, Bencamin Franklin: "Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasını düzəldər, pul da insanın".

Artur Şopenhauer: "Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan".

Uinston Çörçil: "Pulsuz sülh olmaz" fikrini söyləmək olar.

Hələ siz nələr deyərdiniz eləmi? Pul olduqca vacib və həyat əhəmiyyətli bir nəsnədir. Elə qanlar da, bəzən sevgilər də ona görə olur. Yeganə nəsnədir ki, hamı onu sevir, şəksiz, şübhəsiz. Yaradanı belə inkar edən tapılsa da, ona asi çıxan olsa da pula qarşı hamı bir nəfər kimi sevgi izhar edir.

Bəs pul necə yaranıb? Kimlər yaradıb?

Pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşəriyyətdə pul təxminən 6-8 min ildir ki, mövcuddur. Pulun əmtəə dəyərinə çevrilməsi tarixi inkişaf prosesində təbii və qanunauyğun hadisə, bir iqtisadi vasitə kimi meydana çıxıb. İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi ənənəsi yaranıb. Bu o zaman mümkün olub ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olurdular. İcmalar, tayfalar arasında təsadüfi hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edirdilər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasız idi. Mübadilə isə bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir.

İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı. Digər metallardan fərqli olaraq qızıl gümüş öz təbiətinə görə yekcinsdir və karroziyaya uğrayıb xarab olmur.

Filipinin paytaxtı Sardesdə yerləşən Paktalos çayında qızıl-gümüş qarışığının üzərində Lidiya Krallığının gerbi olan aslan başı sikkələr tapılıb. Bunlar ilk pulların olduğu söylənilir. Bu sikkələrin Alyattes dövründə çap edilməsi ehtimal olunur.

Əsginaslar isə ilk dəfə Çində hazırlanıb.

Hər kəsə pul ilə dolu sağlam həyat diləyirik və dünyanın ən gözəl pullarına baxmağa dəvət edirik.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm