Bilgi.az
20 milyonluq maşınları belə qaçırdılar - VİDEO
Peterburqda böyük avtosalonlardan birində film kimi oğurluq hadisəsi baş verib. Avtosalonun əməkdaşlarının gözü qarşısında ümumi dəyəri 20 milyon dollar olan sonuncu model 4 ədəd "BMW" markalı avtomobil 2 dəqiqə ərzində qaçırılıb.
Publika.az xəbər verir ki, müşahidə kameralarında öz əksini tapan hadisə 18:30 radələrində Savuşkina küçəsində yerləşən avtosalonda baş verib. Kameralardan da göründüyü kimi, 4 nəfər kişi sərbəst, diqqət cəlb etmədən maşınlara əyləşərək ərazini tərk ediblər. Qarətçilər, sərbəst olduqları qədər, ehtiyatı da əldən verməyiblər. Müşahidə kameralarının fərqində olduqları üçün üzlərini papağın günlüyü ilə örtüblər.
Qeyri-adi müştərilərin apardıqları avtomobillər - BMW X6, BMW 7, BMW X5 и BMW 5 seriya "Gran turismo" modelləri olub. Hər kəsi təəccübləndirən onların hər şeyi tələsmədən, şübhə doğurmadan, arxayın bir şəkildə etmələri olub.
Avtosalonun əməkdaşları əvvəlcə düşünüblər ki, müştərilər test yürüşünə gedirlər. Xüsusən də maşınları normal olaraq açarla işə salıblar. Çünki bu maşınlar məhz satış öncəsi test yürüşləri üçün nəzərdə tutulubmuş.
Sonradan məlum olub ki, "müştərilər" maşınları ikinci komplekt ehtiyat açarlarla işə salıblar. Maraqlısı odur ki, açarlar da məhz elə həmin avtosalondan oğurlanıb.
Hazırda qarətçilərin yaxalanması üçün şəhərdə xüsusi əməliyyat başlayıb.
Elçin MURAD
-
İnanc21:36Ramazanın 19-cu gününün duası - İftar və imsak vaxtları
-
Magazin121:00Xuramanın makiyajsız halı gündəm oldu - Video
-
Sağlamlıq20:24Qəhvə qan təzyiqinə görün necə təsir edir
-
İnanc19:36Bu gün ilk Qədr gecəsidir
-
Nida Xəbər 17:55Çin vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
Nida Xəbər 17:45Əlcəzair İranın Naxçıvana PUA hücumundan narahatdır - Attaf
-
İqtisadi gündəm17:26İran münaqişəsi ərzaq qiymətlərini bahalaşdıracaq
-
ABŞ16:40ABŞ İranda hərbi əməliyyatlara neçə milyard dollar xərcləyib?


































