Bilgi.az
"Nazir"i lüt soyundurub, başına kisə keçirib diz çökdürdülər - FOTO
Dünən Ukraynanın güc strukturlarının nümayəndələri qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri İqor Kakidzyanovu tutublar.
Ukraynanın daxili işlər nazirinin müşaviri Anton
Qreşenko deyib ki, Kakidzyanov Manquş qəsəbəsi yaxınlığında “Azov”
xüsusi təyinatlı milis dəstəsindinin olduğu avtobusa hücum edərkən
yaxalanıb.
Xüsusi təyinatlı “Azov” batalyonu Mariopl
şəhərindən Berdyanska tərəf hərəkət edərkən, onlara hücum edən
separatçıların dəstəsi ilə aralarında 1 saata qədər döyüş gedib.
Ukrayma DİN-in səlahiyyətlisi deyib ki, separatçılar xüsusi
təyinatlılara pulemyot və Kalaşnikov avtomatlarından dayanmadan
atəş açıblar.
Ukrayna tərəfin avtobus sürücüsü yaralanıb.
Ukrayna xüsusi təyinatlılarına hücum edən iki nəfər əsir götürülüb,
əsir götürülənlərdən biri “Donetsk Xalq Respublikası”nın müdafiə
naziri Kakidzyanovdur. “Azov” xüsusi təyinatlı milis dəstəsinin
döyüşçüləri isə, nazirlik tərəfindən mükafata təqdim
ediliblər.
Ukraynanın Padikal Partiyasının lideri,
prezidentliyə namizəd Oleq Lyaşko deyib ki, tanınmamış "Donetsk
Xalq Respublikası"ının müdafiə nazirini yalnız Viktor Yanukoviçə
dəyişə bilərlər./anspress
-
Ekologiya12:24
Sabahın havası: külək əsəcək, şimşək çaxacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu