Bilgi.az
“Ovod” musiqi əsəri imiş?

Volter eyni zamanda bir neçə əsər yaza bilib. Yazıçı əhvali-ruhiyyəsindən aslı olaraq iş masasının kənarında oturub vərəq və qələm götürür və beləliklə, dayanmadan yazmağa girişirmiş.
Jül Vern elmi ədəbiyyat oxumaqdan başqa, oradakı maraqlı faktları xüsusi kağızlara köçürmək üçün bir neçə saatını itirirdi. Onun 20 minə yaxın belə qeyd kağızlarının olduğu haqda məlumat var.
Polşa şairi Adam Mitskeviç eyni zamanda fantast yazıçı olub. "Gələcəyin tarixi" adlı romanında o, akustik alətlərdən bəhs edib. Yazıçıya bu əsəri ərsəyə gətirməkdə bir neçə element kömək edib. Məsələn, bir daşın üzərində oturaraq şəhərdən gələn konsert səsini eşitmək, eyni zamanda mexanizmlər haqqında bilmək, gələn səslərin reallıqla tutuşdurulması, digər planetlərdə yaşayanlarla bağlı fərziyyələr...
Yeni əsərini yazmağa başlayanda Balzak iki-üç ay öz evini qıfıllayır, eləcə də həyət qapısını örtürmüş ki, oradan içəri işıq düşməsin. Məşhur yazıçı əynində xalat hər gün düz 18 saat işləməkdən yorulmurdu.
"Ovod"un müəllifi Etel Lilian Voyniç bəstəkar olduğu üçün məşhur romanını ədəbiyyatdan daha çox musiqi əsəri hesab edirmiş.
"Robinzon Kruzo" adlı məşhur romanın davamı var. Burda Robinzon yenidən gəmidən ayrı düşür və Avropaya gedib çıxır, oradan isə Rusiyaya keçir. Robinzon Kruzo 8 ay qışı Rusiyada gözləməli olur. Haqqında bəhs edilən roman 1938-ci ilə qədər Rusiyada nəşr edilməyib.
Oğuz Ayvaz

-
Region13:55
Karapetyanın qızı erməniləri üsyana çağırdı: İrəvanda ara qarışır
-
Region12:48
Ərdoğanla Paşinyan birgə bəyanat verəcək: Bəndlər vaxtından əvvəl açıqlana bilməz
-
Sosial11:35
Azərbaycanda yeni qurum yaradıldı
-
Nida Xəbər 11:09
Şimali Kipr Baş nazirinin baş məsləhətçisi "Teleqraf" Media Qrupunda oldu
-
Dünya10:48
İran ABŞ-ı vurmaq üçün raketləri hazır vəziyyətə gətirdi: Dəhşətli müharibə qaçılmazdır
-
Dünya10:36
Dünya müharibəsi bu tarixdə başlayacaq: ABŞ İranı vuracaq
-
Region09:36
Xamenei cəmi iki sözlə bu xəbəri çatdırdı
-
İdman06:46
Roberto Baccio Messiyə görün nə hədiyyə etdi - FOTO