Bilgi.az
Qələbə günü ilə bağlı STALİNİN MÜƏMMALI QƏRARI – FOTOLAR
1945-ci il mayın 8-də SSRİ Ali Soveti Rəyasət Heyətinin
qərarı ilə 9 may tarixinin Qələbə günü elan edilməsi və qeyri-iş
günü sayılması alman faşizminə qarşı mübarizə aparan, arxa çəbhədə
qələbənin təmin olunması üçün çalışan milyonlarla sovet
vətəndaşlarına rəsmən verilən bayram və təntənə haqqı
idi.
24 iyun 1945-ci ildə Moskvada Qızıl Meydanda Böyük Vətən
Müharibəsində Almaniya üzərində qələbənin şərəfinə keçirilən tarixi
Qələbə paradı isə SSRİ tarixinin ən əlamətdar hadisələrinin biri
kimi yadda qalıb.
Publika.az Modern.az saytına istinadən Qələbə
günü ilə bağlı maraqlı faktları təqdim edir.
"Qələbə paradının keçirilməsi üçün təcili təkliflər
hazırlansın".Bu, Stalinin 24 may 1945-ci ildə Kremldə qələbə
münasibətilə keçirilən tədbirdə baş qərargah rəhbərliyinə verdiyi
tapşırığı idi. Bir neçə günlük gərgin çalışmalardan sonra Qələbə
paradının keçirilməsi ilə bağlı təkliflər Baş qərargah tərəfindən
Stalinə təqdim olunub. Stalin ən xırda detallara belə diqqət
yetirdikdən sonra razılığını bildirib. Amma təklifdə göstərilən 2
ay hazırlıq müddətinin üstündən xətt çəkib və onun yerinə yazıb:
"Qələbə paradı 24 iyun 1945-ci ildə saat 10-da başlayacaq".
Bir ay ərzində Qələbə paradına ciddi hazırlıq işləri görülüb. Ali
Baş Komandanın əmrinə əsasən, doqquz bənddən ibarət xüsusi direktiv
hazırlanıb. Artıq iyun ayının 10-dan ayrı-ayrı döyüşən cəbhələrin
alayları Moskvada məşqlərə başlayıblar.
Parad zamanı nəzərdə tutulurdu ki, alman hissələri və
birləşmələrinin, o cümlədən Hitlerin şəxsi bayrağı mavzoley
qarşısında yerə atılmalıdır. Buna görə həmin bayraqlar da Moskvaya
gətirilib. Ancaq bayraqların sayı çox olduğundan cəmisi 200 alman
bayrağı seçilib. Və bu bayraqların aparılması üçün xüsusi rota da
hazırlanıb.
Təbii ki, parada hazırlıq dövründə Qələbə paradının kim
tərəfindən qəbul ediləcəyi müzakirə edilməyib. Təşkilatçılar
birmənalı şəkildə elə düşünüblər ki, Qələbə paradını Ali Baş
Komandan İosif Stalin qəbul edəcək. Ancaq parada bir həftə qalmış
Stalin marşal Georgi Jukovu öz bağına dəvət edib. Hazırlığın gedişi
ilə maraqlandıqdan sonra soruşub:
- Georgi Konstantinoviç, neçə illərdir komandir maşınında gəzirsiniz, at çapmağı unutmamısınız?
İlk anda söhbətin nədən getdiyini anlamayan Jukov həmişə olduğu
kimi qısa və aydın cavab verib:
- Yoldaş Stalin müharibə illərində hərbi texnikada gəzsəm də,
uşaqlıqdan öyrəndiyim at çapmağı hələ ki, yadırğamamışam. Elə
cəbhələrdə də vaxt tapanda at çapmışam.
- Bu yaxşıdır. Odur ki, Qələbə paradını siz qəbul edəçəksiniz.
Parada komandanlığı isə marşal Rokossovskiyə həvalə edirəm.
- Yoldaş Stalin, bu böyük şərəfə görə sizə minnətdaram, ancaq
paradı sizin qəbul etməyiniz daha yaxşı olardı.
- Mən artıq qocalmışam, siz mənə baxanda cavansınız, tarşırığı
yerinə yetirin.
Adətən Stalinin əmrləri, göstərişləri, təklifləri müzakirə
olunmayıb. Çox nadir hallarda Stalinin söylədiklərinə marşal
Jukovun fikir söyləmək cürəti çatıb. Ancaq bu dəfə Jukov dialoqun
uzadılmasını mənasız sayıb.
Qələbə paradını açıq boz rəngli atın belində qəbul etmək də Ali
Baş Komandan Stalinin təşəbbüsü olub.
Nəhayət iyunun 24-də Qızıl meydan 800 illik tarixində ən
həyəcanlı anlarını yaşayıb. Hətta səhərdən yağan leysan yağış
meydan ətrafına toplaşan yüz minlərlə insanı bu tarixi hadisəni
izləməkdən geri döndərə bilməyib.
Kreml saatının onuncu zəngi vurulduqdan sonra iki atın nallarının
cingiltili səsi altında marşal Rokossovski marşal Jukova raport
verib. Paradı qəbul edən Jukov qoşunların qarşısından keçərək şəxsi
heyəti təbrik edib. Təbrikdən sonra o tribunada qısa nitq söyləyib.
Daha sonra hərbi orkestrin səsləndirdikləri marş sədaları altında
döyüşən cəbhələrin alayları Qızıl meydandan keçiblər.
Hava şəraitinin yağıntılı olmasından Qələbə paradında aviamarş
təxirə salınıb.
Parad zamanı hərbi orkestrin qəfil susması izdihamda qeyri-adi
sükut yaradıb. Bir neçə saniyədən sonra təbillərin gurultulu səsi
eşidilib və xüsusi rota alman bayraqlarını aşağı vəziyyətə
gətirərək mavzoleyin qarşısındakı daşların üzərinə atıblar. Birinci
atılan bayraq isə Hitlerin şəxsi ştandartı olub. Həmin bayraqları
gətirən sovet hərbçiləri əllərinə əlcək geyiniblər. Bu da təsadüfi
deyil. Onlar əlləri düşmən bayrağına dəyməməsi üçün belə ediblər və
sonra həmin əlcəkləri də yandırıblar.
Qələbə paradının ən maraqlı məqamlarından biri şinel geyindirilmiş
itin marş sədaları altında Qızıl meydandan keçməsi olub. Bu keçid
insanların sürəkli alqışları ilə qarşılanıb. "Culbars" adlandırılan
bu öyrədilmiş it müharibə zamanı 7500 ədəd basdırılmış minanın
tapılmasında istehkamçılara yardımçı olub. Qələbəyə çox az bir vaxt
qalmış isə it yaralanıb. Bu haqda məlumatlı olan Stalin təşkilat
komitəsinə əmr verib ki, öz şəxsi şinelini "Culbars"a geyindirib
Qələbə paradında Qızıl meydandan keçməsini təmin etsinlər.
Qələbə paradında 24 marşal, 249 general, 2536 zabit, 31116 əsgər
və serjant heyəti iştirak edib. Qızıl meydandan 1850 hərbi texnika
keçib.
Səhərisi gün isə iyunun 25-də Böyük Kreml sarayında 2500 nəfərin
iştirakı ilə qəbul keçirilib, ziyafət təşkil olunub.
Ancaq qısa bir dövrdən sonra sovet xalqı bayram keçirmək hüququndan
müəmmalı şəkildə məhrum edilib. Belə ki, 1947-ci ilin dekabr ayının
23-də Stalinin təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin
qərarına əsasən 9 may Qələbə günü iş günü elan edilib və həmin gün
hərbi paradın və digər kütləvi tədbirlərin keçirilməsi nəzərdə
tutulmayıb. Hətta həmin rəsmi qərarda Qələbə sözü kiçik hərflə
yazılıb.
Bu müəmmalı qərarla bağlı tarixçilərin bir çox versiyaları var.
Bu qərarla ölkənin iqtisadi durumundakı problemləri nəzərə alaraq
təqvimdəki bir qeyri-iş gününü ləğv edib, zavod və fabriklərin bir
gün artıq işləməsi məqsədi güdülürdüsə, bu yanlış versiyadır. Çünki
həmin qərarın digər bəndində 1 yanvarın qeyri-iş günü elan olunması
öz əksini tapıb.
Daha bir versiya müharibənin od-alovundan çıxmış keçmiş
döyüşçülərin bir araya gəlməsi, həmrəyliyi Stalini bu məsələdə
ehtiyatlı davranmağa vadar edib. Belə ki, keçmiş döyüşçülərin
həmrəyliyi sayəsində hamını düşündürən və həm də qıcıqlandıran
hədsiz itkilərin sayı məsələsi qalxa bilərdi. Bunun yararadacağı
fəsadların isə nə qədər ağır olacağı aydın məsələ idi. Təbii ki, bu
məsələ Stalini narahat etməyə bilməzdi. Çünki SSRİ tərəfindən
müharibədə ölənlərin sayı ağılasığmaz fantastik rəqəmlərlə əks
olunurdu və həmin dövrdə ictimaiyyət tərəfindən bu böyük itki
Müdafiə Komitəsinin səriştəsizliyi kimi də
qiymətləndirilib.
Ən maraqlısı isə bu qərarın dekabrın 23-də verilməsidir. Məhz
həmin ərəfədə pul islahatlarının keçirilməsi, bir həftədən sonra
yeni il bayramı və bu bayramın qeyri-iş günü kimi elan edilməsi
təbii ki, əhalinin diqqətini başqa səmtə yönəldib. Digər bir
tərəfdən Qələbə gününə dövlət tərəfindən belə bir münasibətin
göstərilməsinə etiraz etmək istəyənlərin sayının çox olmasına
baxmayaraq Stalin rejiminin "NKVD" adlı amansız bir qurumu
kimliyinə baxmayaraq hər bir kəsi susdurmaq iqtidarında
olub.
Beləliklə, 9 may Qələbə bayramı düz 20 il ərzində təqvimdəki
digər adi iş günləri kimi hərbi paradsız və təntənəsiz qeyd edilib.
Nəhayət 1965-ci ildə qələbənin 20 illik yubileyində Leonid İliç
Brejnevin təşəbbüsü sayəsində 9 may Qələbə günü qeyri-iş günü kimi
təqvimə düşüb və sovet vətəndaşları tarixi qələbəni böyük
təmtəraqla qeyd etməyə başlayıblar.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ