Bilgi.az
11 yaşında 3 diplom aldı - FOTO
ABŞ-ın Kaliforniya ştatında yerləşən Sakramento şəhər sakini 11 yaşlı Tanişk Abraham 3 kollec diplomu alıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "American River" kollecindən 3 diplom alan vunderkind təhsil müəssisəsində riyaziyyat, dəqiq elmlər və xarici dillər öyrənib.
Abrahamın sözlərinə görə, o, dərslərə göstərdiyi marağa görə, uğur əldə edə bilib. O, həmçinin gələcəkdə Stenford universitetinə qəbul olunmaq, həkim, tədqiqatçı və ən nəhayət ABŞ prezidenti olmaq istəyir.
Qeyd edək ki, Tanişk Abraham hələ keçən ildən mətbuatın gündəminə düşüb. Belə ki, 10 yaşında ikən Abraham orta məktəbi bitirib. Attestat qazandığı üçün ölkə prezidenti Barak Obama da ona məktub yazaraq təbrik edib.
Tanişk 2003-cü ildə Sakramentoda hind əsilli amerikalı ailədə dünyaya gəlib. Onun 4 yaşı olarkən uşaq kitablarında nəşr olunmuş hadisələri izah edə bilib. Abraham 4 yaşında Mensa təşkilatının (yüksək intellektli insanları birləşdirən beynəlxalq təşkilat) ən gənc nümayəndəsi olub. O, 7 yaşında Stenford universitetinin riyaziyyat kursunu bitirərək evdə təhsil almağa başlayıb. 2011-ci ildə isə o, yeni astronomik cisim kəşf etdiyi üçün ən gənc tədqiqatçı adını alıb.
Bu azmış kimi, onun bacısı Tiara da heç də qardaşından geri qalmır. Tiara da 4 yaşında ikən Mensa təşkilatına üzv olub.
Nura
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq