Öpüşən rahibələrin “prezervativ” devizi altında reklamı
Bizi izləyin

Brendlərin tarixi

Öpüşən rahibələrin “prezervativ” devizi altında reklamı

Onlar üç qardaş bir bacıdırlar. Brendləri daha çox prezervativ devizi altında reklamlarla məşhurlaşsa da, bazardakı dayanıqlıqlarını qoruyub saxlaya biliblər. Dünyanın 120 ölkəsində 6200 mağazaya sahibdirlər. İstehsal etdiklər məhsullar ucuz sayıla bilməz. Amma al-əlvan rənglərlə xüsusilə gənclərin sevgisini qazanıb. Söhbət “United Colors Of Benetton” brendindən gedir.

Publika.Az “Brendlərin tarixi” layihəsi çərçivəsində “Benetton Group “un yun sviterlərin istehsalı ilə başlayan tarixini təqdim edir.

Səyyar qəzet satıcısı

Brendin yaradılmasında əsasən Luçano Benettonun adı çəkilir. Bu, 1935-ci ildə dünyaya göz açan Luçannoya asan başa gəlməyib. Hər şey 1945-ci ildə atasını itirməsi ilə başlayıb. 2 qardaşın – Cilberto, Karlo və bir bacının –Culyananın böyük qardaşı kimi ailəni saxlamaq yükü üzərinə düşüb. Tək qalan anasına maliyyə məsələlərində kömək etməyi qərara alıb. Orta məktəbi yarımçıq buraxaraq, səyyar qəzet satıb. 14 yaşında Trevizoda geyim dükanında satıcının köməkçisi kimi işləyib.

“Baba siviterlərini” gənclərə geyindirir

Luçanonun moda dünyasına addımı bir dəfə işə bacısının toxuduğu parlaq sarı sviterdə işə gəlməsi ilə başlayıb. Həmin gün Luçanonu kim görürsə, köynəyi ilə maraqlanır. Gənc oğlanın beyninə belə bir ideya gəlir “niyə qeyri-adi toxunuşlu paltarların binesi ilə məşğul olmayım?!”.Beləliklə o kiçik qardaşının velisopedini satır toxuyan maşın alır. Yeri gəlmişkən o zaman İtaliya ailələrində toxumaq əsas ev işlərindən biri idi. Düzdür, bu əl işlərini ancaq təqaüdçülər geyinirdilər. Çünki sviterlər əsasən boz və qara rəngdə olurdu. Buna görə də gənclərin dəbə öz yanaşmaları var idi. Gənclərə “baba sviterlərini” geyindirmək Luçanodan başqa kimsənin ağlına gəlməmişdi. Luçano sviterlərin rəngini dəyişdirərək al-əlvan etməklə diqqəti çəkə bilir. İlk əvvəllər onları bacısı toxuyur. Lakin çox keçmir sifarişlər artır.Qardaş, bacı həftəyə 20 sviter birdən satır. 1956-cı ildə Luçano daha iki toxuculuq maşını satın alır. Evləri getdikcə kiçik istehsal müəssisəsinə çevrilir. Saplar və maşınlar mənzilin daha çox ərazisini tutmağa başlayır. Hətta bəzən Luçannoya elə gəlirdi ki o yunluqda yatır. 1957-ci ildə 22 yaşlı biznesmen Culyanaya kömək məqsədilə 5 işçi tutur. Bir qədər sonra isə qonşuluqdakı mənzili kirayələyərək sexə çevirir. İstehsal etdikləri sviterləri Trevizodakı dükanlara paylaşdırır. Getdikcə, Benettonların mallarına tələbat daha da artır. Luçano anlayır ki, təkcə yun sviterlərin istehsalı ilə davam edə bilməz. 1962-ci ildə yun paltar istehsalının vətəni olan Şotlandiyaya üz tutur. Orada geniş təcrübə toplayır. Belə ki, şotlandlar sapı boyamazdan əvvəl suda isladır və xüsusi çubuqla döyəcləyirdilər. Nəticədə toxunmuş paltarlar yumşaq, yüngül və az həcimli olurdu. Onu da bildirək ki italyanlar bu texnologiyadan xəbərsiz idilər. Benetton Şotlandiyadan qayıdar-qayıtmaz öyrəndiklərini tətbiq edir. Rəqiblərini geridə qoymağı bacarır.

“Benetton Group “u yaradır.

Bu arada Luçanno özü ilə Şotlandiyadan toxuculuq maşını gətirir. 1965-ci ildə iki qardaşını – Cilberto və Karlonu işə cəlb edərək “Benetton Group” şirkətini yaradırlar. Şirkətə Luçano rəhbərlik edir. Qardaşları isə maliyyə məsələlərinə cavabdeh olurlar. Culyana həmişəki kimi modellərə baxır. Benettonlar yeni şirkətin adından istehsala start verirlər. Məhsulları dəbə uyğun olmaqla bərabər keyfiyyəti, ucuzluği ilə diqqət çəkir. Al-əlvan rəngdə toxunmuş sviterlər Trevizoda böyük partiya ilə satılır. Luçano ilk əvvəl İtaliyanı, daha sonra digər ölkələrin bazarını fəth etməyi qərara alır.

Qrupa daxil olan brendlər

İlk dükanlarını 1968-ci ildə açırlar. 1971-c ildə isə Parisdə dükan açmağa müvəffəq olurlar.1972-ci ildə 12 yaşına qədər uşaqlar üçün parlaq sviter istehsal edir.1974-cü ildə Benettonların kolleksiyasına təkcə yun sviterlər deyil, ətəklər, köynəklər, şalvarlar daxil olur. Həmin ildə şirkət “Sisley” brendini yaradır. 1982-ci ildə aksessuarlar istehsal edirlər. Onlar arasında rəngarəng çətirlər daha çox məşhurluq qazanır. 1988-ci ildə 2 yaşına qədər uşaqlar üçün geyimləri nəzərdə tutan “Zerodondo”brendini təsis edirlər. Kolleksiyanın hazırlanmasında yalnız təbii, allergiyaya qarşı xammaldan istifadə olunur. 90-cı illərdə “Benetton Group” Prince, Rolleriade, Nordica, Killer Loop, Asolo, Kastle və Ekieton kimi sport brendləri istehsal edir. Hansı ki onların hər biri öz sahəsində liderə çevrilir. Şirkət geyimlə kifayətlənməyib hətta hazır qida sektoruna əl ataraq “AutoGrill”i alır.

Öpüşən rahiblə rahibə, “prezervativ” devizi altında reklam

1980-ci ildə Luçano bir çox iş adamları kimi brendini tanıtmaq üzərində düşünür. Onda hələ şirkətin cəmi 14 ölkədə dükanı var idi. Luçanonu narahat edən sualın cavabını məşhur, qalmaqallı fotoqraf Olivero Toksanı özünün qeyri-standart reklamları ilə çözür. Nəticədə “Benetton Group” ilk onluğa daxil olur və 19 illik fəaliyyəti dövründə səhmləri 20 dəfə bahalaşır. 2 il sonra isə brend elə məşhurlaşır ki, “Benetton Group” Avropada iri geyim istehsalçısına çevrilir.Onun müştəriləri arasına təkcə sadə vətəndaşlar deyil, məşhurlar, hətta Böyük Britaniya şəhzadəsi Diana belə daxil olur. Toksani özü isə bu haqda belə deyirdi: “Cəmiyyətin bizi yadda saxlaması üçün onu hər zaman təəcübləndirməyi bacarmalıyıq. Bu zaman insanları təhqir etməməliyik”. Tezliklə brendin reklamlarında öpüşən rahiblə rahibə, ağ dərili uşağı əmizdirən qara dərili qadın, cins gödəkçədə Həvva, yeni doğulmuş qan içində körpə, “kalaşnikovla” afrikalı döyüşçü peyda olur. Öpüşən rahibə ilə rahib süjeti Vatikanın qəzəbinə tuş gəlir və İtaliyada bu reklamın yayımı qadağan edilir. Toksani “Benetton Group”un marketinq şöbəsinin rəhbəri təyin edildikdən sonra birinci ildə şirkətin şüarı

“All The Colors of the World”, növbəti ildə “United Colors” olur. Beləliklə prezervativ şirkətin əsas devizinə, brendlərdən birinin adına çevrilir.

Satışın 50 faizi “United Colors Of Benetton” brendinin payına düşür

Hazırda ”Benetton Group”un əsas xəttini paltar istehsalı təşkil edir. Gündəlik geyimlər “United Colors Of Benetton” brendi altında istehsal olunur. Dəb xəttini isə “Sisley”və “Playlife” əks etdirir. Bu brendlər altında qadın, kişi və uşaq geyimləri, parfumeriya, ev üçün əşyalara rast gəlmək mümkündür. Qrupun dünyanın müxtəlif ölkəsində 6200 mağazası var. 2008-ci ildə şirkətin dövriyyəsi isə 2 milyard avro olub. Təkcə “United Colors Of Benetton” brendinin böyüklər üçün olan xəttinin satışından 983 milyon avro əldə edilib. Ümumiyyətlə bu xətt onların şirkətinin satışlarının 50 faizini təşkil edir. 30 faiz isə “United Colors Of Benetton”nun uşaq xəttinin payına, 18 faiz (358 milyon avro) “Sisley“in, 43 milyon avro “Playlife” düşür.

”Benetton Group” yarandığı ilk gündən indiyədək Luçano Benetton rəhbərlik edir. Karlo Benetton sədrin müavini, Culyana və Ceroloma Benettonlar direktorlardır.

"Made in Italy" sözü çox şey deməkdir”

Onu da bildirək ki bir çox geyim istehsalçıları ucuz işçi qüvvəsini nəzərə alaraq fabriklərini üçüncü dərəcəli ölkələrdə yaradırlar. ”Benetton Group” a daxil olan brendlərin hamısı İtaliyada istehsal olunur. Luçano bunu belə əsaslandırır: "Made in Italy" sözü çox şey deməkdir”.

Uğur mənim üçün heç vaxt xüsusi əhəmiyyət kəsb etməyib

Luçano Benetton bu qədər şöhrətə baxmayaraq əsl italyan olaraq qalır. İngilizcə danışmır, halbuki gəncliyində ən böyük arzusu Amerikada yaşamaq idi. Luçano hazırcavablığı ilə məşhurdur. İndiyə qədər bir jurnalist onu çaşdıra bilməyib. Məsələn, ona “Sizin üçün hansı gün xoşbəxtdir” sualı verdikdə “bütün iş günləri” deyə cavab verir. Bildirir ki, uğur onun üçün heç vaxt xüsusi əhəmiyyət kəsb etməyib. Luçanonun ömür yolunda nəyəsə heyfsilənməsinə gəlincə, “həyatdan kifayət qədər razıyam” deyir. Suallara quru cavab verməsini isə belə əsaslandırır: “Başqalarının danışdıqlarına qulaq asmağı daha çox sevirəm.Qurluşum belədir, təmkinliyəm”.

Necə istirahət edir

Dünyanın hər yerində ona bu sualı veriblər. Luçano belə cavab verib: “İstirahət etmək üçün yaşamıram. Səhər saat 08:00-dan axşam 19:30-a qədər işləyirəm. Bəzən ondan da o tərəfə. İş mənim üçün əsasdır”. Buna baxmayaraq, Luçanonu bahalı yaxtalara, avtomobillərə maraq göstərir. Alyaskada tətil edir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm