Streotipləri qıran əfsanənin həyat hekayəti
Bizi izləyin

Brendlərin tarixi

Streotipləri qıran əfsanənin həyat hekayəti

Oxu tərzi, üslubu, geyimi və davranışı ilə fərqlənən müğənninin ölümü gözlənilməz və ağrılı oldu. Ölümündən sonra haqqında deyilməyən, yazılmayan qalmadı. Ailəsinin dərdinin üstünə dərd gətirən bu yazılar yazıldıqca yazıldı. Kimi onun içkidən, kimi isə cinsi fəallıq üçün istifadə etdiyi dərmanlardan öldüyünü dedi. Bütün bunlara başı qarışan türk mediası onun möhtəşəm səsini və sənətini unutdu...

7-dən 77-yə hər kəsin sevdiyi insan

Barış Manço, 1 yanvar 1943-cü ildə İstanbulda doğulub, ailənin ikinci oğludur. Kiçik yaşlarından gitaraya marağı olub, amma klasik türk müsuqisi müəllimi olan anası ona piano dərsləri verib.

İlk konsertini 1959-cu ildə verən Barış Manço bununla da səhnəyə ilk addımlarını atmış oldu.

1962-ci ildə 2 valını dalbadal təqdim edir. Bu arada Fransaya Musiqi Akademiyasında təhsil almağa gedir. Barış Manço Parisin məhşur "Olimpia" musiqi səhnəsində "Franck Pourcel" orkestri və "Swingle Singers"lə birlikdə səhnəyə çıxan ilk türk olur.

O, türk müsiqisinə yeni nəfəs gətirən azsaylı müğənnilərdən biridir. Müxtəlif ölkələrin sənətçiləri ilə ortaq layihələri olub, "Dağlar, Dağlar" adlı mahnı isə bu layihələrin ən çox sevilən parçasına çevrilib.

1988-ci ildə TRT-də "Barış Manço ilə "7-dən 77-yə" adlı bir proqram hazırlamağa başlayır. 1991-ci ildə "xalq artisti" adını alan Barış Manço həmin il Yaponiyaya qastrol səfərinə gedir və 16 şəhərdə böyük konsertlərə imza atır. Həmin konsertləri əhatə edən 2 albomu sevənlərinin ixtiyarına verilir.

Milyonların "Barış abi"si, unudulmaz sənətçi – türk pop musiqisinin yaradıcılarından sayılan Barış Mançonun ölümündən 13 il keçir. O, din və dil, irq və cins, zəngin və yoxsul fərqi bilmədən bütün dünyada sevilirdi. ABŞ, yaxud Yaponiyaya, Fransa, yaxud Almaniyaya, Pakistan, yaxud Hindistana - hara gedirsə getsin, o bütün nəğmələrini böyük coşqu ilə oxuyurdu.

Barış Manço 1999-cu ildə, fevralın 1-də vəfat edib.

"Siz türklər barbarsınız"...

Barış Manço Fransada bir televiziya kanalının canlı verilişinə qonaq olanda başına maraqlı bir hadisə gəlib.

Özündən razı bir aparıcı müğənniyə qarşı kobudluq edib və deyib:

"Bu türkdür, barbar və vəhşi türk".

Barış Manço sakitcə dinləyib və aparıcı sözünü bitirəndən sonra ondan soruşub:

"Yanınızda kağız pul varmı?"

Sual aparıcını çaşdırıb və "Bəli, var, nəyinə lazımdı?" deyib.

Barış Manço israr edib və aparıcı cibindən fransız frankı çıxarıb.

Barış Manço pulları bir–bir əlinə alıb və aparıcıdan soruşub:

"Bu pulunuzun üzərində fotoşəkili olan adam kimdir?"

"General ......."

Barış Manço digər pullardakı adamları da soruşub, aparıcın verdiyi cavablar isə həmişə eyni olub, "General.......", "Admiral...........", "Komandir............."

Bütün bu cavablardan sonra Barış Manço cibindən türk pullarını çıxarıb və sadalayıb:

"Bu pulun üzərində fotoşəkli olan adam Memmet Akif Ersoydur. Şairdir. Bu adam Mövlanadır. Filosofdur. Bu puldakı adam Fateh Sultan Mehmetdir. Ədalətin simvoludur. Bu puldakı adam isə Atatürkdür. "Yurdda barış, dünyada barış" deyən adamdır. Bizim pullarımız bunlardir, sizin pullarınız da onlar... Biz Türklər incə ruhlu, nəzakətli, mədəni insanlar olduğumuz üçün pullarımızın arxasına şairlərimizin, mütəfəkkirlərimizin, elm adamlarımızın şəkillərini əks etdirdik. Siz fransızlar özünüz barbar, vəhşi olduğunuz üçün pullarınızın arxasına həmişə komandirlərinizin şəkillərini yapışdırmısınız".

Barış Mançonun bu cavabından sonra televiziya rəhbərliyi canlı verilişi dayandırır və aparıcını verilişdən uzaqlaşdırır, əvəzinə başqa aparıcı çıxır. O, canlı yayımda Barış Mançodan və bütün türklərdən üzr istəyir və proqrama davam edir.

Barış Manço "Viagra" içirmiş?

Barış Mançonun 25 illik həya yoldaşı Lalə Manço və oğulu Doğukan Manço ölümünün 10-cu ilində ilk dəfə Barış Manço haqqında geniş danışdılar. Onlar Barış Mançonu bütün çılpaqlığı ilə tanıtdırdılar, əsl Barış Manço necə idi? Niyə öldü? Haqqında nədən yalanlar yazıldı?

Barış Mançonun arvadının sözlərinə görə isə Barışın ölümündən sonra haqqında "cinsi zəifliyə görə içdiyi dərmanlardan öldü" deyə şaiyələr yayılıb:

"Hər yerdə yazırdılar ki, guya biz ayrı yaşayırdıq, çünki onun cinsi zəifliyi vardı. Belə şeyləri necə yaza bilərdilər? Barış "Viagra" qəbul edəcək vəziyyətdə deyildi. Biz mehriban ailə idik, Barışla hər şey qaydasında idi, övladlarımız və evdə çalışanlar buna şahiddir. Həyat ayırmasa, bizim ayrılamaq fikrimiz yox idi".

"Öləcəyini hiss etmişdim"...

Oğlu Doğukan Manço deyir:

"Öləcəyi gün səhərə qədər yata bilmədim. Səhər çox erkən qalxıb atamı yola saldım. Atam "üzümə niyə elə baxırsan, oğlum" deyə soruşdu. Cavab verə bilmədim, sadəcə uzun-uzadı baxdım. Haradan bilərdim ki, bu atama son baxışımdı… Atamı xəstəxanaya çox aparmışdıq, buna görə alışmışdım. Amma elə həmin gün onun xəstəxanada olduğunu öyrənəndə ürəyim titrədi. Mənə reanimasiyada olduğunu dedilər. Amma artıq öldüyünü hiss edirdim. 17 yaşım vardı, o xəbəri eşidəndə özümü 70 yaşında bir adam kimi hiss elədim. Anam ağlamasın, üzülməsin deyə ağlaya bilmədim. Atamın yanına getdim. Saçlarını oxşadım, yanağını, əllərini öpdüm. Buz kimi idi".

"Atam öldükdən iki ay sonra yanıma gəlmişdi"

Doğukan Manço atasının vəfatından sonra yaşadığı bir hadisəni də danışır:

"Atam mənim qoruyucu mələyimdir, onun həmişə yanımda olduğuna inanıram. Nə vaxt bir səhv iş görməyə meylli olsam, qarşıma maneə çıxardır, məni pis yoldan çəkindirir. Atam öldükdən iki ay sonra idi. Gecə yatırdım. Atamın telefonunu da yanımda saxlayırdım. Qəfildən oyandım və dedim: "Ata bilirəm indi yanımdasan, mənə bunu sübut elə, özünü göstər". Qəfildən telefonu zəng çaldı. Telefon məndən bir qədər uzaqda idi. Öz-özümə dedim ki, əgər atamdırsa, gələn zəng gizli nömrədən olmalıdır. İnanılmazdır, telefona gələn zəng gizli nömrədən idi".

Lalə

Publika.az

Streotipləri qıran əfsanənin həyat hekayəti - FOTOLAR

Oxumağa davam et
Reklam
Reklam

Gündəm