Cinayət dünyası
Qorxu filmlərini gerçəyə çevirən 7 uşaq qatil - FOTOLAR
Məsumluq simvolu olan uşaqların qorxu filmlərinin elementi olması qəribə görünə bilər. Amma böyüklərin belə cəsarət edə bilməyəcəyi vəhşiliklərə imza atan uşaqların sayı az deyil.
Publika.az uşaqlar tərəfindən törədilən 7 ən qorxunc cinayəti təqdim edir.
1.Erik Smit

Erik Smit 4 yaşındakı Derrik Robieni qaçıranda 13 yaşında idi. Uşağa işgəncə edərək onu öldürən Smit təkbaşına belə bir cinayət törədən ilk şəxsdir. O, ömürlük həbs cəzasına məhkum edilib. Deyilənə görə, qırmızı saçları və böyük eynəklərinə görə davamlı şəkildə lağa qoyulması onu bu qədər aqresivləşdirib.
2.Edqar Ximenes

Yaşı azdır, amma törətdiyi cinayəti olduqca ağırdır. 14 yaşındakı Edqar Jimenez narkokartellərdən birində killer olduğu üçün tutulub. İnternetdə qurbanları ilə çəkdiyi fotoşəkillərini dərc edən “El Ponchis” ləqəbli Edqar polislərə 4 cinayət törətdiyini etiraf edib.
3.Kristian Fernandes

Fernandes iki yaşındakı ögey qardaşını öldürməkdə və beş yaşındakı əmisi oğluna qarşı cinsi zorakılıqda ittiham olunaraq mühakimə edilib.
4.Japon qız

Yapon mətbuatın adını açıqlamadığı qız şagird eyni sinifdən olan 12 yaşındakı Satomi Mitarai adlı qızı bıçaqlayaraq öldürüb. İddiaya görə, o, cinayəti baxdığı qorxu filmlərinin təsiri altına düşərək törədib.
5.Jasmin Riçardson

Jasmin Riçardson anası, atası və kiçik qardaşını öldürəndə 12 yaşında idi. Cinayətin səbəbi isə ailəsinin ona 23 yaşındakı sevgilisi ilə görüşü qadağan etməsi olub. Dəhşətli cinayəti sevgilisi ilə birlikdə törədən Riçardson həbsxanadakı cəzasını tamamlayıb, ancaq hazırda ruhi xəstəxanada müalicə alır.
6.Jon Venables və Robert Tompson

Jon Venables və Robert Tompson uşaqların bir yetişkin şəxsdən daha vəhşi ola biləcəyinin sübutudur. Jon və Robert 2 yaşındakı Ceyms Bulgeri anasının bir neçə saniyəlik başının qarışmasından faydalanaraq qaçıranda yalnız 10 yaşında idilər. Onlar kiçik uşağı döydülər, işgəncə etdilər və öldüyünə əmin olduqdan sonra qatar relsinin üzərinə qoydular.
7. Barri Dale Loukaitis

Barri kovboy geyimində məktəbə gələrək riyaziyyat sinfinə güllə yağdıranda 1996-cı il idi. Atəş nəticəsində onun iki sinif yoldaşı və müəllimi həyatını itirmişdi. Bədən tərbiyəsi müəllimi gənc qatilin əlindəki silahı alması ilə faciə başa çatır. Bu hadisə ABŞ-da baş verən məktəb qətliamlarının da başlanğıcı sayılır. Barri ömürlük+ 205 il həbc cəzası ilə cəzalandırılıb.
Ömər
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam












.webp)






















.jpg)

