Cinayət dünyası
“Lotu Quli” və Rusiyada küçə döyüşləri: Moskvanın yeni “KRAL”I KİM OLACAQ?
Aslan Usoyanın (“Ded Xasan”) qətlindən sonra məhz Zaxariya Kalaşov (“Molodoy Şakro”) “oğrular kralı” titulunu aldı. Bu, kriminal dünyanın ən ali tituludur. Lakin cinayətkar qruplaşmanın yaradılmasında ittiham edilən “Şakro” indi həbsxanadadır. Məhkəmə hökmü verilməyib. Amma kriminal dünya artıq quruldayır: “Şakro”nun varisi, “bir nömrəli oğru” kim olacaq? Böyük ehtimalla, Kalaşov ömürlük həbs cəzası alacaq.
Publika.az xəbər verir ki, nüfuzlu kriminal mətbu orqan - "Praym Kraym" portalının baş redaktoru Viktoriya Qefter “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində “Şakro”nun varisi ilə bağlı səslənən suallara cavab verməyə çalışıb.

Baş redaktorun sözlərinə görə, “Şakro” əvvəlki kimi kriminal cəmiyyətə nəzarət edir, hərçənd onun mühafizəçisi deyil.
“Kriminal cəmiyyətin mühafizəçisi “oğru” iyerarxiyasında şərti maliyyə naziridir. “Şakro” belə demək mümkünsə, hökumət başçısıdır. “Şakro”nun dövründə onun qohumu, “qanuni oğru” “Dato Krasnodarskiy” kriminal cəmiyyəti idarə edirdi. İndi isə eyni işi Kaxa Parpaliya görür. O da həmçinin “Şakro”ya yaxındır. Hansısa hakimiyyət dəyişikliyi olmayıb. Hələ ki...” - o, deyib.
Bununla belə, Viktoriya Qefter hesab edir ki, “Şakro” artıq azadlıqda olanlara təsir göstərə bilmir.

“Şakro”nun varisinə gəlincə, o bildirib ki, versiyalardan birinə görə, kriminal klanlar iki fiquru irəli sürməyə çalışır. Birinci iddiaçı Nijeqorod vilayətinin 45 yaşlı sakini Vasiliy Xristoforov (“Vasya Voskres”) ikincisi isə 49 yaşlı Eduard Asatryandır. Onlar arasında çoxdan münaqişə var”, - baş redaktor bildirib.

Adıçəkilən avtorirtetlər arasında qarşıdurmanın 1990-cı illərdə olduğu kimi küçə atışmaları ilə nəticələnməsinin mümkünlüyünə gəlincə, müsahib bunun inandırıcı olmadığını deyib. Onun sözlərinə görə, bir neçə həftə əvvəl baş verən hadisə kriminal dünyada yekun bölgüyə təsir edə bilər. Baş redaktor qeyd edib ki, söhbət oktyabrın sonunda vaxtından əvvəl azadlığa buraxılan azərbaycanlı avtoritet, “Lotu Quli” ləqəbli Nadır Səlifovdan gedir.
“O son illərin klanlararası müharibələrində iştirak etmirdi. Bu, “oğrular” üçün çox ciddi arqumentdir. Ehtimal ki, yığıncaqda məhz onun üçün səs verəcəklər. Hazırda onun mövqeləri xüsusilə Rusiyanın cənubunda, Uralda və bəzi mərkəzi rayonlarda güclüdür”, - Qefter söyləyib.
Ömər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 6 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı






































