Cinayət dünyası
Telman İsmayılov "Lotu Quli"ni ölümdən xilas etdi - YENİ DETALLAR
Azərbaycanlı kriminal avtoritet, “qanuni oğru” Nadir Səlifov (“Lotu Bakinski”) sağ qaldığına görə azərbaycanlı keçmiş oliqarx Telman İsmayılova təşəkkür etməlidir.
Publika.az xəbər verir ki, bu haqda “Sputnik” agentliyinə kriminal dairələrə yaxın mənbə danışıb.
Noyabrın 2-də İstanbulun Bahçelievlər rayonunda yerləşən bir ticarət mərkəzində “Şirinlər” cinayətkar qruplaşmasının lideri Mehmet Sabri Şirin və qruplanmanın bir neçə üzvü, həmçinin mərhum azərbaycanlı avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevlə onun yaxın adamlarını saxlayıblar. Türkiyə polisi bununla da Nadir Səlifova qarşı planlaşdırılan sui-qəsdin qarşısını alıblar.
Mənbə qeyd edib ki, İsmayılovun özü Səlifova qarşı sui-qəsd hazırlayan şəxslərin ifşasında iştirakını qəbul etməsə də, İstanbulun hüquq-mühafizə orqanları “qanuni oğru”ya hücum haqqında yalnız onun vasitəsilə xəbər tuta bilərdi.
Rusiyada barəsində həbs qərarı çıxarılan Telman İsmayılovun Türkiyəni tərk edərək, ailəsi ilə birlikdə Fransaya köçdüyü bildirilir. Rusiya KİV-inin yazdığına görə, türk polisinin də biznesmenlə bağlı problemləri var. Hüquq-mühafizə orqanlarının versiyasına görə, Telman İsmayılovun adı Rövşən Canıyevin qətli üzrə cinayətdə çəkilir.

Türkiyə polisi 2016-cı ilin avqustunda İstanbulda öldürülən Lənkəranskinin qətlini araşdırır. “Rəşad Gəncinski” kimi məşhur olan “qanuni oğru” Rəşad İsmayılov 2017-ci ilin yanvarında Lənkəranskinin onun əmri ilə öldürüldüyünü elan etməsinə baxmayaraq, qətlin üstü rəsmən açılmayıb. Məlumata görə, “Rəşad Gəncinski” “Lotu Quli” adı ilə məşhur olan Nadir Səlifova yaxındır. Türkiyə xüsusi xidmət orqanları Lənkəranskinin yeri haqqında informasiyanı Nadir Səlifova verilməsindən şübhələnir. Məlumdur ki, iki avtoritetin klanları öz aralarında uzun müddətdir duşmənçilik edirdilər.
Rusiya KİV-inin mənbələrinə görə, Nadir Səlifovun qardaşı “Çerkizov” bazarının müflis olmuş sabiq sahibinin Türkiyədəki villasında tez-tez qonaq olurdu.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA






































