Cinayət dünyası
7 yaşlı uşağı qətlə yetirən məktəbli qız ömürlük həbs olundu - - VİDEO
Britaniyanın York şəhərində 16 yaşlı məktəbli qız 7 yaşlı uşağı qətlə yetirdiyinə görə məhkəmə tərəfindən ömürlük həbs cəzası alıb.
Publika.az xəbər verir ki, o, Keti Rufun boyun və döş nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub.
Ketinin meyiti uşaq meydançasında aşkar edilib. Qətli törədən qız özü hadisə yerinə polis və təcili yardım çağırıb.
Məktəbli günahını etiraf edib və qətli uşağın robot olub-olmadığını yoxlamaq üçün törətdiyini bildirib.
Həkimlər onda psixi pozğunluq qeydə alıblar.
O, qətli törətməmişdən bir neçə gün əvvəl səs eşidib və ətrafdakı insanlar ona robot kimi görünüb. Qız hətta sosial şəbəkədə də bu barədə yazıb. Lakin heç kim onun statusuna əhəmiyyət verməyib. O, dindirilmə zamanı daima depressiyada olduğunu bildirib.
Hakim onu ömürlük həbsə məhkum edib, lakin 5 ildən sonra qız appelyasiya şikayəti verə bilər. Məhkəmə prosesində o, bir kəlmə belə danışmayıb. (report)
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA






































