Cinayət dünyası
“Quli” üçün 210 hazırlayırlar? - Cinayət işində YENİ DETALLAR
Moskvanın Presnenski rayon məhkəməsi məşhur azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu (“Lotu Quli”) qiyabi həbs etdi. O, həmçinin beynəlxalq axtarışa verilib.
Publik.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, azərbaycanlı avtoritet Rusiya ərazisində Azərbaycandan gəlmələrin oğurlanmasını və onlardan pulun qoparılmasını təşkil edirmiş.
“Lotu Quli” konkret olaraq 2015-ci ilin dekabrında Kamal Quliyev adlı iş adamının oğurlanmasını təşkil etməkdə günahlandırılır. Hansı ki, onun buraxılması üçün 10 milyon avro tələb edilmişdi. Lakin necə olubsa, Kamal Quliyev onu oğurlayan, ancaq “əməlindən peşiman olan” Maqsud Qurbanovla birlikdə qaça bilib. Ehtimal ki, Quliyev sadəcə olaraq Qurbanovu ələ alıb. Daha sonra Qurbanovu əvvəllər törətdiyi qətlə görə həbs ediblər. “Quli”nin azadlığa çıxması ərəfəsində Qurbanov istintaqla sövdələşməyə girib və cəzasının azaldılması əvəzində avtoritetin əleyhinə ifadə verməyə razılaşıb.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 126 (insanın oğurluğu) və 163-cü (pulun qoparılması) maddələri ilə qiyabi ittiham təqdim edilib.
“Rosbalt” agentliyinin məlumatına görə, Rusiya hüquq-mühafizə orqanlarında Səlifovun tərəfdarı olan Rəşad İsmayılovla (“Rəşad Gəncinski”) bağlı müəyyən suallar yaranıb. İsmayılov hələ bu ilin əvvəlində “Quli”nun qruplaşmasının əsas rəqibi olan Rövşən Caniyevin (“Rövşən Lənkəranski”) İstambulda onun əmri ilə öldürüldütünü elan edib. O vaxtdan İsmayılov Rusiyada meydana çıxmır.
Hüquq-mühafizə orqanlarında mənbənin “Rosbalt”a bildirib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Əsas istintaq idarəsi Səlifova aid olan bütün cinayət işlərini birləşdirib.“Rosbalt”ın həmsöhbətinin sözlərinə görə, cinayət işinə Rusiya Cinayət Məcəlləsinin 210-cu maddəsi (cinayətkar təşkilatların yaradılması) də əlavə oluna bilər.
Agentliyin həmsöhbətinin fikrincə, Rusiya hüquq-mühafizə orqanlarının Səlifova marağı görünməmiş dərəcədə artıb. Bu, onunla bağlıdır ki, “Quli” bu yaxınlarda azadlığa çıxdıqdan sonra şəxsi klanının formalaşdırılması üçün aktiv hərəkətlərə təşəbbüs etməyə başlayıb. Klanın qarşısına postsovet məkanında liderlik məsələsi qoyula bilər. O artıq özünün ətrafına Rəşad İsmayılov, Aleksandr Kuşner, Merab Pipiya, Merab Mzarelua və Roland Qeqeçkori kimi “oğru” dünyasının nüfuzlu nümayəndələrini toplayıb.
Onun əsas opponenti Caniyev öldürülüb, Rusiyanın əsas mafiozu Zaxariya Kalaşovu (“Şakro Molodoy”) uzunmüddətli, bəlkə də ömürlük həbs gözləyir, belə olan halda isə “Quli” Rusiyanın “bir nömrəli oğru” adına iddia edə bilər. Hazırda Türkiyədə olan Səlifov Rusiyada hərəkət edən müxtəlif qruplaşmaların başçıları ilə daim və ölkənin müxtəlif regionlarında öz adamlarını təyin edir. İndi onun təsiri Sankt-Peterburqda, Uralın bir sıra şəhərlərində, Samara və Saratov vilayətlərində möhkəmlənir. Səlifovun uğurları həm də onunla bağlıdır ki, Rusiyada işləyən azərbaycanlı bütün tacirlər Canıyevin ölümündən sonra sevinclə yeni bosa sədaqət andı içiblər və “Quli” tərəfindən müdafiə olunacaqlarına ümid edirlər.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam















.webp)



















.jpg)

