Cinayət dünyası
“Lotu Qulu” haqqında xoşagəlməz sözlər deyən avtoritet öldürüldü - 6 illik ÖLÜM HÖKMÜ
Kriminal aləmdə “Dato Pankiski” kimi məşhur olan 36 yaşlı gürcü “qanuni oğru” David Alxanişvili öldürülüb.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın məşhur kriminal saytı olan “Praym Kraym” yazıb.
Saytın yazdığına görə, onun qətli Zaxariya Kalaşovun (hazırda Rusiyada həbsdədir – red.) qardaşı oğlu David Ozmanova (“Dato Krasnodarski”) verilən işğəncənin qisası olaraq törədilib. Qətlin oğru dünyasında qanlı qarşıdurmaların yeni mərhələsinin başlanğıcı olacağı deyilir.
Xatırladaq ki, 2011-ci ildə Belçikada “qanuni oğru” Oniani Canqveladzenin klanından ibarət avtoritetlər David Ozmanov üzərində divan təşkil edib. Onlar Ozmanova çoxsaylı bıçaq xəsarətləri yetiriblər. David Alxanişvili də divanı təşkil edənlərdən biri olub.
Ozmanov o vaxt möcüzə sayəsində sağ qalıb və uzun müddət xəstəxanada qalıb. Onun cəlladlarına isə qiyabi ölüm hökmü çıxarılıb.
Criminal.az-ın məlumatına görə, Alxanişvilinin çeçen kriminal avtoritet, oğru dünyasında "Şeyx Həmzət" adı ilə məşhur olan Həmzət Qastəmirovla yaxın dostluq münasibətləri olub. O, ölümündən bir neçə gün əvvəl sui-qəsd nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən “Şeyx Həmzət”ə zəng edərək hadisəyə görə üzüldüyünü bildirib. Onun telefon söhbətində azərbaycanlı “qanuni oğru” Nadir Səlifovla (“Lotu Quli”) bağlı xoşagəlməz ifadələr işlətdiyi deyilir.
Ömər
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi



















.jpg)



















