Cinayət dünyası
Rövşən Lənkəranskinin polkovnik qardaşı azadlığa buraxıldı
Dünən axşam azərbaycanlı məmur — Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Canıyevlə birlikdə ötən ilin noyabrında "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib.
Qeyd edək ki, noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı sui-qəsd cəhdi edilib. Səlifov həbsdən çıxdığı gün İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.
Həmin vaxt killerlər qrupu İstanbulda Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.
Sui-qəsdə cəhdə görə Namiq Canıyev günahlandırılıb. Guya o, tərkibində bu şəxslərin olduğu killer qrupuna rəhbərlik edirmiş: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Səbri Şirin. Onların arasında "qanuni oğru", saxta pasportla dolaşan Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.
Bununla yanaşı, İstanbulda baş verən olayların bəzi təfərrüatları da məlum olub. Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib.
Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası"nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub.
Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.
Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub.
Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb.
Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana deportasiya edilib.
Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi



















.jpg)



















