Cinayət dünyası
Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Uşaqlarını otağa salıb zəncirlədilər və... - - FOTO/VİDEO
Amerikada 13 uşaqlı ailənin törətdiyi dəhşət dünya mediasını şoka salıb.
Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, valideynlərin uşaqların başına açdığı müsibətlərin üstünü 17 yaşlı qızları açıb.
Yanvar ayının 15-i Amerikada yaşayan Turpin ailəsində dəhşətli hadisələr baş verib. Belə ki, 17 yaşlı qız polisə zəng edərək, evdən qaçdığını və daha 12 bacı-qardaşının evdə zəncirlə bağlı olduğunu deyib.
Polis şerifi Qreq Fellous uşağın polis bölməsinə gətirilməsini tapşırıb. Şerif uşağın yalan məlumat vermədiyini dəqiqləşdirmək üçün, ondan dediklərinə dair sübut istəyib. Qız isə sübut kimi polisə müxtəlif fotolar göstərib. Fotolarda uşaqların əl-qolu zəncirli olduğu görülüb.
Bunun ardından polis əməkdaşları qızın evinə xüsusi dəstə göndərərək axtarış aparıblar. Evə baxış zamanı köhnə, üfunət qoxan otaqda çarpayıya bağlanmış 12 uşaq tapılıb. Uşaqlardan kiçiyinin 2, böyüyün isə 29 yaşı olduğu deyilir. Günlərdir ac-susuz saxlanılan uşaqlar təcili xəstəxanaya aparılıblar.
57 yaşlı Devid Turpin və 49 yaşlı Luiza Turpin uşaqlara qarşı şiddətli davranış səbəbindən həbs olunublar.
Qonşuların ifadəsinə görə, uşaqları demək olar ki, görməyiblər. Amma ildə bir neçə dəfə ailəlikcə gəzməyə çıxanda, uşaqların üzünü solğun və arıq görürmüşlər.
Cütlüyün yaxınları polisə ifadə verərək uşaqların bu vəziyyətdə saxlanıldığından xəbərsiz olduqlarını deyiblər. Baş verənlər qarşısında şoka düşüblər.
Könül Cəfərli
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi


















.jpg)




















