Cinayət dünyası
DƏHŞƏT: Pula görə arvadının böyrəyini satdı - - VİDEO
Hindistanda Bisvajit Sarkar adlı kişi 12 il öncə evləndiyi Rita Sarkarın ailəsindən ona vəd olunan başlıq pulunu ala bilmədiyi üçün arvadının böyrəyini satmağa qərar verib.
Publika.az xəbər verir ki, Hindistan adətlərinə görə, başlıq pulunu qız evi bəyə verir. Ritanın ailəsi də 12 il öncə 3 min dollar başlıq pulu vəd edib. Amma imkansızlıq üzündən vədini yerinə yetirə bilməyiblər.
Rita iki il öncə mədə ağrısından əziyyət çəkib. Əri və qaynı onu Kolkata şəhərindəki özəl xəstəxanaya aparıb. Həkimlər qadına kor bağırsağının götürüləcəyini və bununla mədə ağrılarının aradan qalxacağını bildiriblər. Əməliyyatdan sonra qadında mədə ağrıları yenidən baş qaldırıb.
Rita Sarkar ərindən onu həkimə aparmasını xahiş etsə də, yalvarışları nəticə verməyib. Üstəlik əri qadına "olunduğun əməliyyat barədə heç kəsə heç nə demə" xəbərdarlığı edib.
Rita ərindən gizli rəfiqələrilə birlikdə başqa bir xəstəxanaya gedib. Qadını müayinə edən həkim ona sağ böyrəyinin olmadığını deyib.
Ərinin tez-tez başlıq pulu tələb etməsi, öncəki mədə ağrıları zamanı onu həvəslə xəstəxanaya aparması, təkrar əməliyyata mane olması Ritada şübhələr yaradıb.
Qadın polisə müraciət edib.
Polis Bisvajit Sarkar və qardaşını həbs edib. Qardaşlar polisə Ritanın böyrəyini iş adamına satdıqlarını etiraf ediblər. Qadının böyrəyinin əməliyyat olunduğu xəstəxana ilə bağlı da araşdırmalara başlanıb.
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi


















.jpg)




















