Cinayət dünyası
"Lotu Quli"ni təhqir edən “qanuni oğru” güllələndi - VİDEO
Rusiyada kriminal avtoritet, Avropa “obşakı”nın nəzarətçisi Həmzət Qastamirovun (“Şeyx Həmzət”) qruplaşmasının üzvü öldürülüb.
Publika.az xəbər verir ki, bu haqda kriminal dairələrə yaxın məlumatlı mənbələr bildirib.
Timur adı ilə məşhur olan şəxsi “Mercedes” markalı avtomobil sükanı arxasında öldürüblər. Naməlum adamlar onun avtomobilini avtomatdan deşik-deşik ediblər. Hadisənin harada baş verdiyi hələlik məlum deyil.
Mənbələrə görə, onun azərbaycanlı avtoritet Nadir Səlifovla (“Quli”) bağlı videomüraciətə görə qətlə yetirildiyi ehtimal edilir. Bir müddət əvvəl Timur sosial şəbəkələrdə Nadir Səlifova ünvanlanmış video-müraciəti yayıb. Timur birmənalı olaraq “Quli”ni hədələyib və təhqir edib. Çeçen “qanuni oğru” azərbaycanlı avtoriteti cəzalandıracağına söz verib.
Güman edilir ki, bu videomüraciət qətlin əsas səbəbidir. Lakin hələlik bu versiya olaraq qalır.
Baxmayaraq ki, Həmzət Qastamirovun yaxınları bu informasiya həqiqətə uyğun olmadığını bildiriblər. Onların sözlərinə görə, Timur sağdır və yayılmış videoda tamamilə başqa insan təsvir olunub.
Ömər Dağlı
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











