Cinayət dünyası
Rövşən Lənkəranskinin qatili bilindi
Rusiya hüquq-mühafizə orqanları aydınlaşdırıblar ki,
Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada güllələnmiş
“göyərti kralı” Canpolad Şamiloğlununm qisasını almaq üçün
öldürüblər.
Virtualaz.org bildirir ki, bu barədə Rusiyanın hüquq-mühafizə
orqanlarındakı etibarlı mənbə məlumat verib.
Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar. Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün “qanuni oğru” R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub.Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş.
Xatırladılır ki, Canpolad Şamiloğlunun qohumları və silahdaşları da öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.
Cambulatın qohumları və “həmkar”ları öz təhqiqatları nəticəsində elə həmin yekun qərara gəliblər və Canıyevə “qan qisası” elan edəırək, ölüm hökmü çıxarıblar. Lakin bu işin icrası onların arxasında iki nüfuzlu şəxs oilmadan qeyrui-mümkün idi. Həmin şəxslər Vaqif Süleymanov (Vaqif) və Rəşad İsmayılovdur (Gəncəli Rəşad).
Onların isə öz növbəsində kriminal dünyasında daha böyük dayaqları var – “qanuni oğru” Nadir Səlifov (Lotu Quli)
Onların hamısı Canıyevin ölümündə maraqlı idilər, yalnız ona
görə yox ki, Cambulatın qisasını alsınlar. İlk növbədə, məsələ bir
sıra bazarlara nəzarəti ələ keçirməkdən ibarət idi.
Qeyd edək ki, 2016-cı il 18 avqust gecəsi Canıyev İstanbul
mehmanxanalardan birinin restoranında öz briqadasının üzvləri ilə
bir araya gəlmişdi. O restorandan çıxıb oradan azca aralanandan
sonra qatillər onun maşınını atəşə tutaraq deşik-deşik etmişdilər.
Nəticədə “qanuni oğru” özü və onun sürücüsü funksiyalarını yerinə
yetirən sinif yoldaşı öldürülmüşdü.
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











