Cinayət dünyası
Lotu Quli Moskvadakı həbsxanaya kimə görə zəng edib? – ŞOK DETALLAR
Moskvada yerləşən və Avropanın ən böyük meyvə-tərəvəz bazası “Fud-Siti” uğrunda krminal vəziyyət ən kəskin məqamına çatıb.
Hər gün sübh tezdən hava qaralanədək bazarın həndəvərində "Lotu Quli"yə yaxın onlarla şəxs növbə çəkir. Onlar bazadakı bütün iri və orta səviyyəli iş adamlarına kimə xərac verəcəkləri ilə bağlı xəbərdarlıq edirlər.
Məlumata görə, bazada bir sıra maliyyə kanallarına nəzarət edən və Rövşən Lənkəranskinin qohumu kimi tanınan Zaur Əhmədov də mövqelərini itirməkdədir. Hazırda Zaurun 6 nəfər mühafizəçiylə gəzdiyi bildirilir. O, həmin mühafizəçilərlə birgə bazadakı ofisinə gəlir və gecə saatlarında da oranı tərk edir.
Moskvadakı hüquq-mühafizə orqanlarındakı mənbədən "Rosbalt" agentliyinə daxil olan məlumata görə, Zaur hər an sui-qəsdə məruz qala bilər. Bunu o, özü də gözəl başa düşür və məhz bu səbəbdən mühafizəsini gücləndirib.
Bu arada o da məlum olub ki, "Lotu Quli" İstanbuldan Moskvada yerləşən “Medvedkovo” həbsxanasına zəng edib. Mötəbər mənbədən adıçəkilən agentliyə bildirilib ki, Quli kriminal aləmdə “Albert Rıjıy” kimi tanınan Əli Heydərova şəxsən zəng edərək onun "qanuni oğru" adını əlindən aldığını bildirib. “Albert Rıjıy”a bildirilib ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq.
Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğruları" Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarlmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. (lent.az)
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO

























.jpg)











