Cinayət dünyası
“Lotu Quli”yə AĞIR ZƏRBƏ – “Kral” titulu uğrunda müharibə BAŞA ÇATDI
“Qanuni oğrular” Ded Xasanın varisi sayılan və hazırda həbsdə yatan Zaxariya Kalaşovun (“Şakro Molodoy”) yerinə “Bir nömrəli oğru” statusu ilə bağlı müzakirələri başa çatdırıb.
Publika.az “Rosbalt” agentliyinə istinadən xəbər verir ki, Kalaşov barəsində məhkəmə hökmünün elan edilməsindən sonra onun yerini nüfuzlu slavyan “qanunu oğru” "Şişkan” ləqəbli Oleq Şişkanov tutacaq.

Zaxariya Kalaşov
Məlumata görə, bu günlərdə Zaxariya Kalaşov barəsində hökm elan ediləcək. Dövlət ittihamçısı onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib və “Bir nömrəli oğru”nun bundan daha az cəza alması ehtimalı kiçikdir. Bunu nəzərə alan Rusiya mafiyası varisi qabaqcadan müəyyən edib. Qərar Zaxari Kalaşovun da (Şakro Molodoy) "skype”la qatıldığı "sxodka”dan sonra həll edilib.
Qərar alınıb ki, “Şişkan” kriminal dünyanın yeni kralı olacaq, Vasiliy Xristoforov (“Vasya Voskres”) və Merab Qoqiya (“Meliya”) isə keçmiş SSRİ ərazisində "obşak”a nəzarət edəcəklər. “Vasya” faktiki olaraq son aylarda Kalaşovun müvəqqəti varisi idi.

Oleq Şişkanov
“Rosbalt” qeyd edir ki, yeni “bütün bosların bosu” postuna namizədliklərin müzakirəsi bir neçə ay ərzində keçirilib. Ənənələrə əsasən, “qanuni oğrular” nüfuzun dərəcəsindən asılı olmayaraq, özlərini “bir nömrəli oğru” elan edə bilməzlər. Bu titula iddia etmək üçün başqa “qanuni oğrular”ın rəsmi təklifi lazımdır. Məlumdur ki, bir çox hallarda hətta kriminal dünyada ən nüfuzlu “qanuni oğrular” rus mafiyasına başçılıq etmək arzusu ilə alışıb yanmırlar. Buna görə də iddiaçının qarşısına qoyulan tələblər arasında kriminal dünyada təsirdən başqa, onun namizədliyinə Rusiyada yaşayan nüfuzlu avtoritetlərin loyallığı və şəxsi arzusu əhəmiyyətli yer tutur.
Agentlik qeyd edir ki, “qanuni oğrular” uzunmüddətli uyğunlaşdırmalardan sonra Oleq Şişkanovun namizədliyində birləşib.
Məlumata görə, Oleq Şişkanova 1992-ci ildə “tac” qoyulub.

Nadir Səlifov
Qeyd edək ki, “Şişkan”ın kriminal dünyanın yeni “kral”ı olması hazırda İstanbulda yaşayan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) üçün ağır zərbə hesab edilir. Bu titula Səlifov da iddia edirdi. Hətta Rusiyanın kriminal nəşrləri onun imkanlarını yüksək qiymətləndirirdilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin “Lutu Quli”nin əsas rəqiblərindən olan erməni Eduard Asatryan (“Edik Osetrin”), Yuri Piçuqin (“Piçuqa”) və Tariel Oniani kimi nüfuzlu “qanuni oğrular”ın “Şişkan”ı dəstəkləməsi azərbaycanlı avtoritetin “bir nömrəli oğru” olmaq imkanlarını azaldıb.
Ömər Dağlı
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam












.webp)






















.jpg)

