Cinayət dünyası
Eskobarın dəhşətlərinə şahidlik etmiş evlə bağlı GÖZLƏNİLMƏZ QƏRAR - FOTO
Kolumbiyalı narkotik baronu Pablo Eskobarın evi söküləcək.
Publika.az xəbər verir ki, bu qərar Medellin şəhərinin bələdiyyəsi tərəfindən qəbul edilib. Bələdiyyə 1989-1993-cü illərdə, müxtəlif qruplaşamalar arasında yaşanan narkotik müharibələrinin qurbanı olan 5000 insanın xatirəsini əbədiləşdirmək üçün həmin bölgədə yaşıl park salacaq. Beləliklə, şəhərə gələn turistlər üçün Pablo Eskobarın istifadə etdiyi evləri və məkanları görmək şansı verən turlar da ləğv ediləcək.
Eskobarın yaşadığı binanın daha öncə şəhərdəki təhlükəsizlik işçilərinə verilməsi nəzərdə tutulsa da, binanın bərpa işləri çox pul tələb etdiyindən bu qərardan vaz keçilib.
Bələdiyyə sədri Quterresin bildirdiyinə görə, belə qeyri-qanuniliyin simvolları olan yerlər sökülməlidir:
“Bu yerlər şiddət və ağrı üzərində inşa edilib. Ona görə qanunsuzluğun simvoluna çevrilən belə məkanlar sökülməlidir”.
Qeyd edək ki, Medellin qruplaşmasının rəqibi olan Kali 1988-ci ildə Eskobarı öldürmək üçün binaya 80 kq ağırlığında partlayıcı quraşdırmış, lakin Eskobar və ailəsi hücumdan sağ qurtulmuşdu.
Zümrüd
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
















.jpg)






















