Ən azı 10 qətl - “Lənkəranski”nin ştatlı qatilinin ŞOK ƏMƏLLƏRİ - VİDEO
Bizi izləyin

Cinayət dünyası

Ən azı 10 qətl - “Lənkəranski”nin ştatlı qatilinin ŞOK ƏMƏLLƏRİ - VİDEO

Rusiyanın məşhur kriminal avtoriteti, “Ded Xasan” təxəllüsü ilə tanınan Aslan Usoyanın qətlində ittiham edilən azərbaycanlı “qanuni oğru”, “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlı daha on qətlə cəlb olunmaqda şübhəli bilinir.

Publika.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən “Rosbalt” agentliyi bildirib.

Tədqiqatçılarda həmçinin güman etmək əsaslar var ki, Talıbxanlı Usoyanın əsas mühafizəçisini, “Smerş” mühafizə müəssisəsinin başçısının müavini Andrey Selvyanı öldürüb. Agentliyin yazdığına görə, Talıbxanlı 2016-cı ildə İstanbulda qətlə yetirilən azərbaycanlı avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qruplaşmasının ştat qatili kimi çoxdan məşhurdur.

Qeyd edilir ki, “Hacı Beyləqanski” tapşırıqla Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedir, sonra isə birdən-birə qətllərin baş verdiyi Moskvaya tapşırığın icrası üçün qayıdırdı. “Rosbalt” mənbələrinin fikrincə, Rusiya paytaxtında Rövşənin qohumu, böyük biznesmen və Moskva bazarlarına tərəvəzlərin çatdırılması üzrə əsas fiqurlardan biri olan Zaur Əhmədov da qatilə fəal kömək edirdi. Bildirilir ki, “Hacı Beyləqanski”dən sonra növbəti saxlanılan Zaur Əhmədov ola bilər.

2010-cu ilin payızında snayperlə Usoyana atəş açdılar, amma o sağ qaldı. Onu həmin vaxt müşayiət etmiş Andrey Selvyan dərhal Moskva regionunda cinayətin güman edilən sifarişçisinin axtarışlarını təşkil etdi və operativ məlumatlara görə, hətta onun kimliyini müəyyən etdi. Amma o, bir il sonra öldürüldü. Hüquq-mühafizə orqanlarında güman edirlər ki, onu məhz Talıbxanlı öldürüb.

Xəfiyyələrin məlumatına görə, 2012-ci ilin yazında “Rövşən Lənkəranski” Usoyanın qruplaşmasına növbəti zərbəni vurmağa qərar verdi və hücumun hədəfi kimi bu dəfə İlqar Əliyev seçilmişdi. İlqar Əliyev Usoyanın təhlükəsizliyi üzrə əsas postda Selvyanı əvəz etmişdi. Tezliklə Moskvanın mərkəzində “Ded Xasan”ın baş mühafizəçisini güllələdilər.

Bu xidmətlərinə görə, “Hacı Beyləqanski”yə 2012-ci ildə Canıyevin təşəbbüsü ilə BƏƏ-də “tac” qoyulur. Artıq bir ay sonra Moskvada “Fayton” restoranının girişində “Ded Xasan”ın özünü snayperlə vururlar. Araşdırmanın gedişatında “Fayton”u müşahidə edən və qatilə pusqu üçün yer seçməyə kömək edən kişilər qrupunu müəyyən etmək mümkün oldu. Onların arasında Hacıbaba Talıbxanlı da var idi. Qətldən sonra Talıbxanlı Türkiyəyə keçdi və öz “rəhbəri”nin tapşırığını yerinə yetirməyə davam edirdi. Tədqiqatçıların məlumatına görə, 2013-cü ildə Talıbxanlı İstanbulda “Lənkəranski” ilə münaqişə vəziyyətində olan “kriminal general" Əlibala Həmidovu şəxsən vurdu. Türk polisi hətta bu cinayətdə şübhəli bilinən “Hacı”nı saxladı, amma o, Rövşənin cəhdləri ilə azadlığa çıxdı.

2016-cı ildə Canıyev İstanbulda vurulduqdan sonra Talıbxanlı əvvəlcə onun Türkiyədəki aktivlərini qaydaya salmağa çalışdı. O, ötən ilin payızında “Rövşən Lənkəranski”nin rəqiblərindən olan Nadir Səlifova (“Lotu Quli”) qarşı sui-qəsdə cəhd etdi və nəhayət yaxın vaxtlarda Moskvada ortaya çıxdı. O, burada Canıyevin qohumu Zaur Əhmədovla birləşmək və itirilmiş mövqeləri Səlifovdan geri almaq istəyirdi. Məsələ ondadır ki, Canıyevin qruplaşmasına daha əvvəl aid olmuş bir çox bazar və başqa ticarət obyektləri yalnız Moskvada deyil, ölkənin başqa böyük şəhərlərində də sonuncunu əlinə keçib. Xüsusi halda, “Lotu Quli”nin nümayəndələri Kaluqa şosesində yerləşən “Fud Siti” tərəvəz bazası üzərində nəzarəti praktik olaraq tamamilə ələ keçiriblər. Ona daha əvvəl Zaur Əhmədov nəzarət edirdi, ancaq o, indi öz həyatından ehtiyat edərək mühasirə vəziyyətində yaşamalı olub.

Xatırladaq ki, Hacıbaba Talıbxanlı ötən həftənin şənbə günü Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının tərəfindən saxlanılıb. Ona bir neçə - sui-qəsdə cəhd, qətl silahın qanunsuz dövriyyəsi üzrə cinayət işi qaldırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm